Şəhid Feyruz Hacılının ailəsi ziyarət olunub - FOTOLAR

Şəhid Feyruz Hacılının ailəsi ziyarət olunub - FOTOLAR

8 Noyabr-Zəfər Günü və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi ilə əlaqədar olaraq, Yeni YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Hacılı Feyruz Bəhruz oğlunun ailəsi ziyarət olunub.Təşkilat nümayəndələri şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şəhidlərimzin qanları, canları hesabına geri qaytarılan torpaqlarımızı və onların bizə əmanət etdikləri yadigarlarını, övladlarını göz bəbəyimiz kimi qorumaq bizim vətəndaşlıq, insanlıq borcumuzdur. Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımız və qızlarımızla fəxr edir, qürur duyuruq! Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər. Şəhidlərimizin qanı ilə alınan torpaqlarda bu gün üç rəngli bayrağımız qürurla dalğalanır. Vətən uğrunda şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları heç zaman unudulmayacaq. Onlar Azərbaycan xalqının əbədi yaşar ölməz qəhrəmanlarıdır.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, şəhid Hacılı Feyruz Bəhruz oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə