Ermənilərdə dostluqa sadiqlik anlayışı yoxdur - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“İranın ermənilərin yanında olması və Azərbaycana qarşı düşmən münasibəti son zamanlar daha aydın şəkildə görünür. Azərbaycanda təmin olunmuş siyasi sabitliyi pozmaq üçün xüsusi xidmət orqanıların hazırladığı agentura şəbəkəsinin ifşası, bu şəbəkənin ayrı-ayrı üzvlərinin müdafiəsinə qalxması, sərhədlərimizdə geniş hərbi təlimlərin keçirməsi, rəsmilərin Ermənistana səfərlərin intensivləşməsi və parlamentin rəhbərinin nəzərdə tutulan səfərini təxirə salınması İranın əsil simasını açıb göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, İran sözdə islam dövləti olmasına baxmayaraq müsəlman Azərbaycandan uzaq durur və xristian ermənilərin yanında olduğunu nümayiş etdirir: “İran rəsmilərin belə addımları ancaq özünün ziyanınadır. Çünki bu gün İran Qərbin sanksiyaları altındadır. Sanksiyalar altında olan İran Azərbaycanla əməkdaşlıq etməklə daha çox məsələlərə nail ola bilər. Amma Ermənistanın İrana verə biləcəyi heç bir şey yoxdur”.
Deputat sözlərinə belə davam edib: “Ermənistan bu gün İranla dostluq və əməkdaşlıq etməkdən danışsa da, sabah özü üçün lazım olanda İranı da satacaq. Ermənilər üçün müəqəddəslik və dostluqa sadiqlik anlayışı yoxdur. Tarixən də ermənilər özlərini satqın və etibarsız olduqlarını sübut ediblər. Həm də İran əhalisinin 40%-dən çoxu azərbaycanlılardır. İran ordusunda xidmət edənlərin çoxu da azərbaycanlılardır.
İranın Ermənistana yaxınlaşaraq Azərbaycana düşmən münasibəti sərgiləməyə davam etdirməklə öz ölkə daxilindəki vəziyyəti daha da gərginləşdirəcək. Bu gün İranın Azərbaycanda sabitliyi pozmağına cəhdlər etməsinə baxmayaraq Azərbaycan qonşuluq münasibətlərinə hörmətlə yanaşır və bu ölkəyə qarşı heç bir hərəkət etmir.
Azərbaycan qonşu ölkələrin daxili işlərinə qarışmır. Amma İran tərəfindən ölkəmizə təhdidlər davamlı müşahidə olunarsa, təbii ki, Azərbaycan da müxtəlf üsullara əl ata bilər. Ona görə də İran rəsmiləri Azərbaycanın onlara bəslədiyi səmimi münasibəti dəyərləndirməli və hörmətlə yanaşmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB