Lerikdə şəhid- gizir Cəlal Ağayevin anım mərasimi keçirilib FOTOLAR
Bu gün Lerik rayonun Kornədi kəndində Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun giziri Ağayev Cəlal Ağaverdi oğlunun anım mərasimi keçirilib.Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov,YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak etmişlər. Mərasim iştirakçıları ilk öncə şəhidlərin xatirəsinə inşa olunan abidə kompleksini ziyarət edərək əziz xatirələrini ehtiramla yad ediblər. Daha sonra şəhid Ağayev Cəlalın məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Xatırladaq ki, şəhid Cəlal Ağayev 1984-cü il dekabrın 4-də Lerik rayonunun Kornədi kəndində anadan olub. Mərd, vətənpərvər olan Cəlal hərb yolunu özü seçib. Həqiqi hərbi xidməti bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir ixtisas və hazırlıq kurslarını uğurla bitirib. Ömrünün 17 ilini hərbiyə həsr edən Cəlal, 7 il Goranboyda tank komandiri olub, sonra Tərtərə ezam olunub. Bu müddət ərzində 13 fəxri fərman, “Silahlı Qüvvələrimizin 90-95-100 illiyi” yubiley medalları və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərib. Sentyabrın 29-da Ağdərə istiqamətində döyüşdə qəhrəmancasına şəhid olub.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən şəhid gizir Cəlal Ağayev ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB