"Gürcüstanın Poti limanı ilə Rusiyanın Kavkaz limanı arasındakı marşrut üzrə bərə reysi hələ açılmayıb. Çünki onun etibarlılığına və dayanıqlığına inam yoxdur". Bunu noyabrın 3-də Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan parlamentdə 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
“Biz istəyirik, münasibətlər o qədər dəqiq proqnozlaşdırılsın ki, dövlət büdcəsindən xərclənən vəsait gözlənilən iqtisadi nəticəni versin”, deyən nazirin sözlərinə görə, problem Poti limanının operatorundadır. Liman operatoru hələ də müvafiq öhdəlikləri üzərinə götürməyib və malların buraxılıb-keçirilməyəcəyini dəqiq izah edə bilmir.
Nazir qeyd edib ki, göstərilən marşrut üzrə daşınan hər bir yük qrupunun Rusiyaya qarşı Qərbin sanksiyalarına uyğunluğu yoxlanılmalıdır: Bununla belə, Ermənistan tərəfi soyuq havalar başlamamış bərə reyslərinin işə salınması üçün hər şeyi etməlidir".
Gürcüstanın Poti limanı ilə Rusiyanın Kavkaz limanı arasında iyunun 15-də elan edilmiş müntəzəm bərə reyslərinin işə salınması texniki səbəblərə görə təxirə salınıb. Məlum olduğu kimi, “texniki səbəblər” Poti limanının Hollandiyanın “APM Terminals Poti” nəqliyyat şirkəti tərəfindən idarə olunması ilə bağlıdır ki, o, dünyanın ən böyük liman operatorlarından birinin baş ofisi olan APM Terminals-ın “qız” şirkətidir. Bərə xidməti yaşıl işıq yandırmaq üçün Haaqadakı ana şirkətlərindən icazə almalıdır.
Layihə iki, gələcəkdə isə üç bərənin Poti və Kavkaz limanları arasında həftədə 2-3 dəfə (yükdən asılı olaraq) hərəkətini nəzərdə tutur. Bərə xidməti erməni idxalçı və ixracatçıları, eləcə də Rusiya şirkətləri tərəfindən böyük maraq doğurub. Bir bərənin daşıma qabiliyyəti 50 yük maşını və 40 vaqon olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB