Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir - ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1 noyabr 2022-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirmişdir. İlk növbədə onu qeyd ermək lazımdır ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar bir hadisədir.
Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir. Cənab Prezident İlham Əliyev öz çıxışında Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığ, kütləvi qəddarlığ barədə danışarkən bildirmişdir ki, dünya heç zaman bu hadisələri unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Cənab Prezidentin Fransanın Əlcəzair xalqına qarşı törətdiy cinayətləri belə bir mötəbər tədbirdə bütün dünyanın nəzərinə çatdırması Fransanın daima Azərbaycana qarşı apardığı riyakar siyasətin son vaxtlar bir qədər də gücləndirilməsi fonunda Fransaya onun Prezidentinə tutarlı cavabdır.
Qeyd olunmuşdur ki, Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Azərbaycan torpaqları 30 il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində ölkəmiz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdi.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın beynəlxalq arenada mühüm rol oynadığını bildirən cənab Prezident qeyd etmişdir ki,120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir vəbizim ölkəmiz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdir. Təşkilatın sədri kim Azərbaycanın mövqeyinə və apardığı siyasətə üzv dövlətlər tərəfindən yüksək səviyyəli dəstəy və rəğbət nümayiş etdirilir. Azərbaycanın sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Azərbaycan bunu apardığı siyasətə verilən yüksək qiymətin əlaməti kimi dəyərləndirir.
Rauf Əliyev, Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB