YAP xalqın istək və arzularından doğan, onu xoşbəxt gələcəyə aparan partiyadır

YAP xalqın istək və arzularından doğan, onu xoşbəxt gələcəyə aparan partiyadır

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının A.Sultanov küç.5 (Azərbaycan Memarlıq və İnşaat Universiteti) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Bayram Aslanov, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, A.Sultanov küç.5 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Asəf Ağayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektorları Orxan Naqdiyev və Akif Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayaraq tədbiri açıq elan A.Sultanov küç.5 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Asəf Ağayev tədbirin baş tutmasının əsas səbəbinin qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, müdrikliyi, xalq qarşısında göstərdiyi xidmətləri, bütün dövrlərdə nümayiş etdirdiyi əsl sarsılmaz vətənpərvərlik ruhu, Azərbaycan dövlətçiliyinə olan sadiqliyi ilə ölkəmizin mütərəqqi insanlarını onun ətrafında birləşməsi nəticəsində yaradılıb. Bu gün də Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz, partiyanın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkəmizin bugünki sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Bayram Aslanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin əldə olunmasında və qorunub saxlanmasında oynadığı tarixi rolun önəmi çox böyükdür. Məhz 1992-ci ilin noyabr ayında partiyanın təsis edilməsi ilə gənc və hələ çox zəif Azərbaycan üçün real inkişaf perspektivləri yaranmış oldu. Bu tarixi hadisədən bir ildən də az müddət sonra, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxması prosesi və dinamik inkişafı də məhz həmin tarixdən başladı. 2003-cü ildə Azərbaycan xalqı yenə də Heydər Əliyev siyasətinə səs verərək, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə etimad göstərdi. Bu gün də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəyliyimiz Ölkə Prezidenti, Partiyanın Sədri Cənab İlham Əliyev tərəfindən həyata keçirilən yeganə düzgün siyasətin nəticəsində təzahür etməkdədir.

Çıxış edənlər Azərbaycan Memarlıq və İnşaat Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev və İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev qeyd ediblər ki, Ulu Ööndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən dinamik ictimai-siyasi qüvvədir. Bu qüvvə bu gün Ölkə Prezidenti, Partiyamızın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edərək, vətənimizi beynəlxalq səviyyədə nüfuz qazanmasında əsaslı rol oynayır.

Yekun nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin dərin zəkası və siyasi iradəsinin təcəssümü olan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır:"Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən YAP-ın Sədri Cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı Lider olduğu bir daha təsdiqini tapır. Bu gün partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Bu bir daha təsdiq edir ki, YAP xalqın istək və arzularından doğan, xalqı rifaha, xoşbəxt gələcəyə aparan partiyadır. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, YAP avanqard siyasi partiya olaraq Azərbaycanı daha böyük uğurlara aparır". B.Nəbiyev qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması bir tərəfdən ümumi rifahın, tərəqqinin və inkişafın məntiqi yekunudursa, digər tərəfdən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir.

Çıxışının sonunda B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə partiyaya üzv olan bütün əməkdaşları təbrik edib.

Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup əməkdaşının Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri və patiyanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Fəxri Fərman təqdim olunub.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə