"İran özünü çətin vəziyyətə salır" - DEPUTAT DANIŞDI

"İran özünü çətin vəziyyətə salır" - DEPUTAT DANIŞDI

“İranın son zamanlar Azərbaycana qarşı səsləndirdiyi fikirlər, gördüyü işlər təbii ki, qəbulolunmazdır. Əslində isə ölkəmizə qarşı atılan addımlar yeni deyil”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, tarixə fikir versək, görərik ki, İran hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib: “Açıq-aşkar şəkildə büruzə verilməsə də bunu göstərən bir çox məqamlar var. Amma son zamanlar isə İranın Azərbaycana qarşı olan mövqeyində daha da fəallaşma hiss olunur. Yəni günümüzdə İranın ermənipərəst mövqeyi daha açıq şəkildə özünü büruzə verir.
Tarixi araşdırsaq burada bir çox məsələlər var. Amma əsas məsələ İranın Azərbaycana hansı gözlə baxıb, yanaşmasıdır. Onlar ölkəmizin güclü dövlət olaraq daha da inkişaf etməsini, dünya dövlətləri arasında nüfuza sahib olmasını istəmir. Ermənistanın bizə qarşı atdığı mənfur addımların qarşılığında İran hər zaman lal oldu.

İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi zəfərlərdən sonra isə İran daha da narahat olmağa başladı.

Bu gün isə Araz çayı boyunca təlimlərin keçirilməsi, Qafanda tikintisi başa çatmayan binada konsulluğun açılması və s. bu kimi addımlar İranın artıq Azərbaycana qarşı olan qərəzli mövqeyini gizlədə bilməməsindən irəli gəlir. İran başa düşməlidir ki, Azərbaycanın heç bir vaxt qonşu ölkənin ərazisində gözü olmayıb. Əgər orada yaşayan Azərbaycanlılar müstəqil dövlət olmaq istəyirlərsə, bu onların daxili işləridir. Azərbaycan bu günə qədər onlara heç bir müdaxilə etməyib. Amma Azərbaycan dövlətinin də haqqı var ki, harada yaşamasından asılı olmayaraq onların haqlarını müdafiə etsin. İran atdığı addımlarla özünü çətin vəziyyətə salır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə