Cəbrayılda minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib

Cəbrayılda minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib

Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə