Soçi görüşünə yeni baxış
Oktyabrın 31-də Rusiya, Ermənistan və Azərbaycan liderləri Soçidəki görüşüblər. Bu barədə “Kommersant” qəzetinin veb-saytında maraqlı bir yazı dərc olunub. SİA-nın oxucularının marağını cəlb edəcəyini düşünərək həmin yazının tərcüməsini təqdim edirik.
Vladimir Putin eyvanda hər iki lideri gözləyirdi
Soçi həmin gün səhər saatlarından başlayaraq qara buludlarla örtülmüşdü və fəslə uyğun olaraq yağış yağırdı. Moskvadakı kimi deyil buradakı yağışlı hava, həm də +12 dərəcə temperaturda. Səhər hava qaşqabağını tökür, qaralmağa başlayır və dərhal hər şey yolunda gedir. Amma səhər saatlarında Moskvadan fərqli olaraq Soçidə olanlar insanın ruhu yüngülləşdirir.
Ermənistandan Nikol Paşinyan və günəşli Azərbaycandan isə İlham Əliyev üçtərəfli danışıqlar üçün Soçiyə gəliblər... Onların nümayəndə heyətləri fərqlidirlər. Baş nazir Paşinyanı müşaiyyət edənlərin sırası seyrəkdir (görünür, o, hər şeydə ilk növbədə özünə güvənir). Jurnalistlər üç nəfərdirlər. Yalnız şəxsi mətbuatı: fotoqraf, operator və səs rejissoru. Belə bir vəziyyətdə səs rejissoruna niyə ehtiyac duyulduğu heç də aydın deyil: eyni zamanda, protokol hissəsindəki səs rus mütəxəssisləri tərəfindən təmin edilir. Azərbaycan Prezidentinin heyətində isə 14 jurnalist təmsil olunurdu və bu, Rusiya və Azərbaycan mətbuat xidmətləri arasında uzlaşmanın nəticəsi idi. Azərbaycanlı jurnalistlər daha çox tələb edirdilər.
Yeri gəlmişkən, müharibələrdə, o cümlədən informasiya müharibələrində məhz belə qalib gəlirlər. Hansı ki, “o cümlədən” deyil, “hər şeydən əvvəl”.
Nikol Paşinyan isə bu danışıqlardan əvvəl hücuma hazırlıq işini öz üzərinə götürdü. Yəni o, üç gün əvvəl mövcud variantdan istifadə edərək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dağlıq Qarabağ problemi üzrə şurasının növbədənkənar sessiyasını çağırıb. Bildiyiniz kimi, Ermənistan Azərbaycandan fərqli olaraq KTMT-nin üzvüdür.
Lakin Paşinyanın fürsətdən istifadə edərək Azərbaycana qarşı hər hansı sənədin qəbul edilməsi iştahasına bu dəfə də Belarus prezidenti Aleksandr Lukaşenko soğan doğrayıb. Lukaşenko görüşün qapalı hissəsində açıq şəkildə Nikol Paşinyanı danlayıb: “Qarşımıza iki sual qoyursan. Əvvəlcə oxudum: “Hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi”! Siz tələb etdiniz ki, biz öz mövqeyimizi qərarlaşdıraq? Nə, sən bizim mövqeyimizi bilmirsən?! – cənab Lukaşenko Minskdəki ofisindən hiddətlə qışqırıb (görüş videokonfrans vasitəsilə baş tutub) – Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik!”.
Təbii ki, Nikol Paşinyanın bütün KTMT ölkələrini öz tərəfinə çəkmək fikri var idi. Sonda KTMT-nin nizamnaməsi var, Qazaxıstanda hadisələr baş verəndə KTMT-nin hansı rol oynadığı üzv ölkələrin hər birinə aydın olsa da, Ermənistan yenə israr edir və nəyəsə nail olmağa can atırdı. Paşinyan tez-tez bir erməni taqımının Qazaxıstana yola salındığını təkrar edirdi...
Amma indi hər şey başqa idi.
Belarus prezidenti isə həmkarını danlamağa davam edirdi: - Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün “yol xəritəsi” verin! Hansı “yol xəritəsi”?! Mən sizə dərhal cavab verəcəm (yəni bu məsələ ilə bağlı heç bir görüşə ehtiyac yoxdur): İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya prezidentindən soruşun, qərar verin! Bu gün qəbul etməsən, daha pis olacaq, sən özün bunu başa düşürsən, bizə bu münaqişə lazım deyil!
Aleksandr Lukaşenko "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Ermənistanın mövqeyini daha humanist şəkildə şərh edən Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin lap başlanğıcı barədə danışarkən deyib ki, müharibədən əvvəl Ermənistan daha sonra itirdiyindən az itirə bilərdi.
Bu, Aleksandr Lukaşenkonun Vladimir Putinin nə haqda susmağa məcbur edildiyi barədə ilk dəfə deyildi. Bu, ümumiyyətlə, maraqlı bir hekayədir: Aleksandr Lukaşenko Vladimir Putinin səsinə çevrilir. Daha doğrusu, Aleksandr Lukaşenkonun xarici səsi Vladimir Putinin daxili səsinə çevrilir.
- Sonda... mən Azərbaycan, Ermənistan və Rusiyanın razılaşdırılmış qərarını dəstəkləyəcəm, deyə Aleksandr Lukaşenko videokonfransda vurğulayııb və davam edib: “Əgər siz buna nail olsanız, mən baxmadan bu yekdil fikri dəstəkləyəcəm... Mən artıq yoldaşcasına deyirəm: uşaqlar, niyə iki min kilometr yüksəklikdə dağlarda döyüşürsünüz. Üç yüz adam öldürüldü! İnsanların yaşamadığı yerdə üç yüz adam öldü! Harda ki, hətta dağ keçiləri belə gəzə bilmir! Nə döyüşürsən?! Bir yerdə oturun və razılaşın! Qoy Rusiya bu müqaviləni imzalanmasını təmin etsin! Amma sən istəmirsən! Bir növ, bilirsiniz, burada bir oyun gedir! Bu oyun ola bilməz, çünki müharibə və sülh məsələsi həll olunur!
Ermənistan və Azərbaycan liderləri Soçidə görüşüblər. Rusiyanın təşəbbüsü ələ almaq şansı var idi. Ancaq bəzi oyunlar, çox güman ki, bu sürətli planı pozacaqdı. Hər halda Soçidə sülh müqaviləsinin imzalanması real görünmürdü. Üstəlik, hələ Soçidə danışıqlar başlamazdan əvvəl hamıya, ən əsası Nikol Paşinyana aydın oldu ki, KTMT Nikol Paşinyana kömək etməyəcək.
- Bir tərəfdə üzvü olduğumuz KTMT, digər tərəfdə isə dost Azərbaycan! Lukaşenko bunu mümkün qədər aydın şəkildə belə izah edib: “Bunlar bizim üçün iki dost ölkədir. Üstəlik, Azərbaycanla birlikdə MDB-nin üzvüyük! Bizim çox sıx əlaqələrimiz var... Prezident Putinin dediyini təsdiq edirəm: Ermənistan da, Azərbaycan da bizim üçün dost dövlətlərdir. “Bir tərəfdə KTMT, digər tərəfdən Azərbaycan!” sualı qoymaq olmaz, bu düzgün deyil!”.
Aleksandr Lukaşenko, həmişə olduğu kimi, KTMT liderlərinin görüşündə özünü həddən artıq sərbəst aparır: “Bu gün Azərbaycana bizim üçün bütövlükdə dost olan bir insan – İlham Əliyev rəhbərlik edir! Sabah nə olacaq? Heç kim bilmir... Və bu kəskin məsələlər həqiqətən də həll olunmalıdır. Azərbaycanın arxasında kim durur!.. Türkiyə deyirlər... Bəs nə? Bu siyasətdir!”. Beləliklə, Belarus prezidenti erməni həmkarına dərs keçib.
Şübhəsiz ki, bu çıxışdan sonra hətta Nikol Paşinyan da başa düşdü ki, Soçidə döyüşməli olacaq, yəni KTMT-nin köməyi olmadan Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparmalı olacaq. Xüsusən də nəzərə alsaq ki, cənab Putin bütün bu müddət ərzində susub, yəni, görünür, belaruslu həmkarı ilə tam razılaşıb.
Soçi konfransı Ermənistan və Rusiya prezidentlərinin ikitərəfli görüşü ilə başlayıb.
"Payız havasına görə üzr istəyirəm" deyən Vladimir Putin üzr istəyib. Halbuki, bu, təəccüblü idi, çünki Putin adətən bunu etmir. Xüsusən də başqalarının səhvlərinə görə üzr istəmək... - Amma ediləcək bir şey yoxdur, payız payızdır.
O, bir dəqiqə ərzində iki dəfə görüşün Paşinyanın təklifi ilə təşkil edildiyini xatırladıb.
- Bu yaxınlarda sizin təşəbbüsünüzlə KTMT dövlət başçıları səviyyəsində onlayn görüş keçirildi, - Putin bütün bu görüşün konkret kimin tələb etdiyini gizlətməyi lazım bilməyib. - Bu münaqişə onilliklərdir davam edir, ona görə də nə vaxtsa buna son qoymaq lazımdır , mən bununla razıyam.
Paşinyan onun üçün hazırlanmış vərəqlərdən mətni oxuyurdu, amma açıq-aydın səhv bir şey deməkdən qorxurdu. Və onun rus dilində dediyi fikirlərdəki vurğular tədbir iştirakçılarında fərqli təəssürat yaradırdı.
“Keçən həftə “Valday” Diskussiya Klubunda, – Ermənistanın baş naziri deyib, – siz Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsi məsələsini qaldırdınız və erməni tərəfinin lehinə ifadə edəcəyi prinsiplərin seçilməsini dəstəklədiyinizi bildirdiniz.
Nikol Paşinyan təbii ki, Rusiya prezidentinin bu barədə az qala istehza ilə danışdığını təfərrüatlarına vara bilmədi. O, sadəcə xatırladıb ki, Ermənistan Azərbaycanla hərbi toqquşmanın əvvəlində buna razılıq versəydi, Dağlıq Qarabağın iki böyük rayonunu ala bilərdi. Amma Rusiya o zaman hadisələrin belə inkişafından imtina edən Ermənistanın azad seçiminə dəstək verdi, indi də onu dəstəkləyəcək.
Bir tərəfdən Nikol Paşinyan birmənalı olaraq rusiyalı həmkarına təzyiq göstərdi və bu qəribə idi: əgər o, həqiqətən də nəyəsə nail olmaq istəyirdisə, ultimatumlar qoymamalı və Rusiyanın nəyi dəstəkləməli olduğunu diktə etməməli idi. Digər tərəfdən, Nikol Paşinyan çıxışında yenə də çaşqınlıq içində qalıb. Əvvəlcə o, deyib ki, bu, sənəd rus variantının layihəsidir, sonra isə Rusiyanın bunu, yəni öz variantını dəstəklədiyinə dair heç bir sübutun olmadığını iddia etməyə başlayıb.
“Vurğulamaq istərdim ki,” Nikol Paşinyan davam edib, “bu, heç bir halda bu il oktyabrın 6-da Praqada (yəni Rusiyanın iştirakı olmadan) əldə edilmiş razılaşmalara zidd deyil. Praqa danışıqları zamanı mən sizin bəyanatlarınızı, o cümlədən Dağlıq Qarabağla bağlı bəyanatlarınızı rəhbər tutdum!
Nikol Paşinyan bunu təbii ki, Vladimir Putinin Praqa danışıqlarına paxıllıq etməməsi üçün deyib. Erməni baş nazirinin kəndli hiyləsi emosiya kimi bir şey oyadırdı.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası zamanı, Ermənistanın baş naziri əlavə edib ki, əvvəllər bununla razılaşmasa da, sonra rus variantına əsaslanmaq qərarına gəlib: “Bu il sentyabrın 13-də Azərbaycan Ermənistana qarşı yeni genişmiqyaslı hücuma başlayıb və ölkəmizin yeni ərazilərini işğal edib”, - deyən Nikol Paşinyan Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasında Rusiya Federasiyasının rolunu zəruri hesab edib və 11 May 2021-ci il tarixinə olan mövqelərin Ermənistan üçün çox əhəmiyyətli olduğunu deyib.
İlham Əliyev lakonik insan təsiri bağışladı..
- Azərbaycan nisbətən yaxınlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmalı olduğu beş əsas prinsip irəli sürüb (görünür, bu, sülh müqaviləsinin Azərbaycan variantıdır). Bunlar beynəlxalq hüququn təməl prinsipləridir... Qarabağ münaqişəsi artıq tarixdir. İki il əvvəl həll olunub. Bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.
Bəli, qaliblər belə deyirlər.
Üstəlik, ola bilsin ki, Azərbaycan prezidenti sülh müqaviləsini belə müzakirə etməsin. Axı, onun fikrincə, artıq baş verənlər kifayətdir. Baş verənlər isə özünün dediyi kimi, onun üçün tarixdir.
Vladimir Putinlə İlham Əliyev arasında danışıqlar getdiyi bir vaxtda Ermənistanın baş naziri dincəlmək üçün oteli tərk edib və sonra, demək olar ki, hamının diqqətindən yayınmadan geri qayıdıb. Jurnalistlər isə Rusiya ilə Azərbaycan arasında yorucu danışıqların bitməsini gözlədiyi bir vaxtda, əslində, üçtərəfli danışıqlar artıq başlayıb.
Onlar xüsusi bir şeylə nəticələnə bilməzdilər. Bir neçə “ikitərəfli danışıqlardan” sonra məlum oldu ki, nəinki sülh müqaviləsi, məsələn, sərhədlərin delimitasiyası prinsipləri ilə bağlı Ermənistan və Azərbaycan hələ də razılığa gələ bilmirlər.
Amma nə yaxşı ki, heç olmasa görüşün yekunlarına görə üçtərəfli bəyanat imzaladılar.
Üçtərəfli danışıqlardan sonra Ermənistan və Azərbaycan liderlərindən daha uzaqda oturan Rusiya prezidenti etiraf edib: “Hələ hər şey razılaşdırılmayıb. Rusiya münaqişənin həll üçün hər şeyi edəcək".
Bəyanatdan aydın görünür ki, ilk növbədə Ermənistanla Azərbaycan arasında barışıq nəinki Praqada, hətta Soçidə də davam edə bilər.
Danışıqlardan sonra Rusiya Prezidentinin təşəbbüsü ilə verilən şam yeməyi də maraqla qarşılanıb.
"Kommersant"ın yazısı (Tərcümə)
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB