“Azərbaycan xalqı öz tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan xalq 200 il ərzində ilk dəfə olaraq bir vaxtlar müəyyən səbəblərdən itirdiyi torpaqlarını geri qaytardı. Hər tarixini vərəqləyərkən görürük ki, istənilən zəfərin qazanılmasında şəxsiyyət faktorunun ciddi əhəmiyyəti var”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib.
Onun sözlərinə görə, bütün dünya şahid oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə dövründə hərbi forma geyindi: “Məhz cəsur Azərbaycan xalqının bu müharibədə bu cür mühim bir zəfər qazanmasının da əsasında belə bir şəxsiyyət faktoru dayanır. Bu müharibə ərzində Azərbaycan təkcə bir cəbhədə döyüşmürdü. Əsgərlərimiz cəbhədə öz sözünü dediyi kimi, digər cəbhələrdə amansız döyüş gedirdi. Belə bir zamanda cənab Prezident dünya mətbuatına verdiyi müsahibələrlə peşəkarcasına bizə qarşı yönələn bütün təzyiqləri ustalıqla neytrallaşdırırdı, suallara arqumentlərlə cavab verərək, hər kəsi reallıqla, həqiqətlərlə barışmağa vadar edirdi. Müharibədən keçən iki il ərzində bir çox kitablar yazılıb. Lakin yazılan bu kitablar içərsində şəxsiyyət faktorunun əsas rol oynamasının göstərildiyi ilk kitabın bu gün təqdimatını etdik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB