"Gürcüstanla əlaqələrimiz artan xətlə inkişaf edir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Gürcüstanla əlaqələrimiz artan xətlə inkişaf edir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycanla Gürcüstan dövləti arasında olan dostluq, tərəfdaşlıq münasibəti getdikcə daha da inkişaf edir. Uzun illərdir Gürcüstanla sıx əməkdaşlıq edirik". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, bu münasibətlərin ilk rüşeymini müstəqillik illərində Ulu Öndər Heydər Əliyev qoymuşdur: "Ulu Öndər Gürcüstana səfər etmiş və ağır vəziyyətdə olan Gürcüstana iqtisadi yardımlar göstərmişdir. Həmin tərəfdaşlığı bu gün Azərbaycan Prezidenti davam etdirir. Gürcüstan da hər zaman bizə bir tərəfdaş kimi dəstək olur.

Qeyd edək ki, 2-ci Qarabağ müharibəsində tərəfdaşımız olan Gürcüstan Ermənistanla nəqliyyat əlaqələrini kəsdi, eyni zamanda hava məkanını bağladı. Bununla da silah-sursatın daşınmasının qarşısı alındı. Bu böyük faktordur. Ancaq bizim din qardaşlarımız, İslam ölkəsi olan İran öz üzərindən Rusiya silahlarının Ermənistana daşınmasına köməklik göstərdi. Ona görə də Gürcüstanın Azərbaycana göstərdiyi bu diqqəti unutmaq olmaz. Gürcüstanla əlaqələrimiz artan xətlə inkişaf edir. Ölkə başçısı Gürcüstana səfəri zamanı bir sıra vacib açıqlamalar və o cümlədən Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığının müttəfiqlik səviyyəsində qaldığını bəyan elədi. Gürcüstan beynəlxalq tribunalarda Azərbaycana dəstək olub. Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan artıq investisiya qoyulub. Eyni zamanda Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Tiblisi-Qars dəmiryolunun fəaliyyəti Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına töhfə verir. Ölkə başçısının qeyd etdiyi kimi strateji tərəfdaşlıq artıq müttəfiqliyə keçir. Bizim Türkiyədən sonra ən yaxın tərəfdaşımız Gürcüstandır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə