Xəlifəkücə kəndində şəhid-kapitan Cəlil Cavadovun anım mərasimi keçirilib FOTOLAR
Lerik rayonun Xəlifəkücə kəndində şəhid-kapitan Cəlil Cavadovun anım mərasimi keçirilib. Anım mərasimində Lerik rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak etmişlər. Mərasim iştirakçıları ilk öncə Cəngəmiran kəndində Şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksini ziyarət etmiş, daha sonra şəhidin məzarı önünə gül çiçəkdəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Xatırladaq ki, şəhid Cavadov Cəlil 1989-cu il martın 29-da Lerik rayonunun Xəlifəkücə kəndində anadan olub. 2003-cü ildə orta məktəbin 8-ci sinfini bitirərək C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2006-cı ildə liseyi bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2010-cu ildə motoatıcı ixtisasını bitirib. ikinci Qarabağ müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən tabor komandiri müavini vəzifəsində Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut istiqamətlərində yüksək igidlik və rəşadətlə döyüşüb.2020-ci ilin oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən, Cavadov Cəlil ölümündən sonra “İgidliyə görə”, ”Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Eyni zamanda, Kapitan Cavadov Cəlil nümunəvi xidmətinə görə II dərəcəli "Qüsursuz xidmətə görə", III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB