Ermənipərəst Bob Menendesə qarşı federal araşdırmaya başlanıldı! FOTO

Ermənipərəst Bob Menendesə qarşı federal araşdırmaya başlanıldı! FOTO

ABŞ-ın əsas ermənipərəst senatorlarından hesab edilən, eləcə də ACNA - erməni lobbisinə işləyən yunan mənşəli Bob Menendesə qarşı cinayət işi açılıb. Amerika KİV-lərinin yazdıqlarına görə onun fəaliyyəti üzərində federal cinayət araşdırması aparılır. Menendes eyni zamanda beynəlxalq məsələlər komitəsinin sədridir.

Qeyd edək ki, Bob Menendes aşkar anti-Türkiyə və anti-Azərbaycan fəaliyyəti göstərməsi ilə yanaşı, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində Ermənistanın təcavüzkar siyasətinə dəstəyini nümayiş etdirib.

Menendes eyni zamanda ABŞ-ın yüksək hərbi texnologiyalara əsaslanan silahlarının, o cümlədən F-16-ların Türkiyəyə satışına qarşı da çıxışlar edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə