Aktauda Azərbaycanın və Qazaxıstanın milli bayramları qeyd edilib

Aktauda Azərbaycanın və Qazaxıstanın milli bayramları qeyd edilib

Qazaxıstanın Aktau şəhərində Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə və Qazaxıstanın Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Ş.Yessenov Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, universitetin nəzdindəki “Azərbaycan Mərkəzi”nin rəhbəri İlkin Orucovun təşkilatçılığı ilə baş tutan tədbirdə müəllim-tələbə heyəti iştirak edib.

Tədbirdə çıxış edən universitetin rektoru Berik Axmetov və Azərbaycanın Aktaudakı Baş konsulluğun rəhbəri vəzifəsini icra edən Elmar Məmmədov əlamətdar hadisələr münasibətilə tədbir iştirakçılarını təbrik edib, türk dövlətləri xalqlarının əmin-amanlıq və firavanlıq içində yaşamasını arzulayıblar. Azərbaycanın və Qazaxıstanın müstəqillik tarixi, Yessenov Universitetinin Azərbaycandakı ali təhsil məktəbləri ilə sıx əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verilib.

Azərbaycanın müasir siyasəti ilə maraqlanan tələbələrin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə