Adını dünya tarixinə güclü, nüfuzlu və qalib ölkə kimi yazdırmış müasir, müstəqil Azərbaycan bu gün yüksəliş və tərəqqi mərhələsindədir. Əldə olunan nailiyyətlərin, aparılan qətiyyətli və müvəffəq siyasətin təməli müasir Azərbaycanın banisi, Ümumilli Lider Heydər Əliyev və onun gərgin fəaliyyəti sayəsində, eyni zamanda bu gün ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilən səylər nəticəsində qazanılmışdır.
1988-ci ildən başlayaraq ölkənin ağır və keşməkeşli günlərində, Vətənimizin tarixin ciddi sınaqlarına məruz qaldığı bir zamanda xalq ümidini müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik, fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. Həmin illərdə ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olaraq 1992-ci ildə bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi bunun bariz nümunəsi - əyani ifadəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğmuşdu. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu. Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini möhkəmləndirən və Azərbaycan dövlətçiliyini ən uca tutan partiyaya çevrildi.
Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən 30 il ərzində nəzərəçarpacaq və seçilən inkişaf xətti üzrə uğurlu yol qət edərək ətrafına partiya sədrinin birinci müavini, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı və çoxşaxəli işləri, ən əsası isə aktiv ictimai fəaliyyəti ilə xalqa yaxın olan Mehriban Əliyevanın timsalında minlərlə aydın düşüncəli və vətənpərvər insanı toplamağı bacarıb. Bu gün əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olaraq liderdir. Vətənimizin inkişafının bütün istiqamətlərində öhdəsinə düşən missiyanı ləyaqətlə yerinə yetirən YAP əhəmiyyətli tarixi məqamlarda uğurlara imza atmağı bu gün də davam etdirir.
İmmiyə Zamanova
YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB