Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət- güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusu ilə bağlı genişmiqyaslı məsələlər əhatə olunmuşdur. Qeyd edilən dəyirmi-masa konfrans formatında keçirilib. SİA xəbər verir ki, keçirilən dəyirmi masada bir sıra elm adamları ilə yanaşı STM-nin İdarə Heyətinin üzvləri Elşad Mirbəşir oğlu və Tahirə Allahyarova da iştirak edib.
Elşad Mirbəşir oğlu ; Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Azərbaycan bütün layihələrdə yeni bir obraz kimi iştirak edir. Təbii ki,buna qədər də bizim inkişaf göstəriclərimiz yaxşı olub. Amma etiraf etmək lazımdır ki, torpaqlar işğal altındaykən hamımızın gözündə kölgə var idi. İndi Azərbaycan ordusunun qüdrəti sayəsində torpaqlarımız azaddır. Güclü Azərbaycan daha da güclü olub. Artıq azərbaycançılıq ideyasının əsas hədəfi son nəticədə güclü Azərbaycanı qurmaq idi. Prezident İlham Əliyevin strateji baxışları azərbaycançılıq ideologiyasının əsasında duran arzuları təmin edə bildi. Ulu Öndər bildirmişdi ki, tale yüklü planların İlham Əliyev tərəfindən yerinə yetiriləcəyinə inanıram. Bu gün Azərbaycan qüdrətli bir dövlətdir. Böyük millət güclü dövlət ideologiyası artıq bizim yeni siyasi xəttimiz kimi görünə bilər. Bu baxımdan da dəyirmi masanın mövzusu yeni ideoloji baxışlarla bağlıdır.
STM-nin sədr müavini, İdarə Heytənin üzvü Elşad Mirbəşir oğlunun giriş nitqindən dərhal sonra tədbir iştirakçılarına video-çarx nümayiş etdirilib.
Daha sonra konfrans Milli Məclisin deputatı, Elm və Təhsil komitəsinin sədr müavini, Professor Musa Qasımlının sözləri ilə davam edib.
O çıxışı zamanı Azərbaycanın güclü dövlət olmaq yolunda keçdiyi çətinliklərdən bəhs edib. O bildirib ki, güclü dövlət quru sözlərlə əldə edilmir. Dövlət hər zaman ədalətli qanunlarla qurulur.
‘’1993-cü ildən sonraki dövr güclü dövlətin qurulmasının başlanğıcı idi. Bir ölkənin qüdrətinin artması milli təhlükəsizliyinin təmin olunmasının birinci təsir obyekti onun etnik quruluşudur’’.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB