"Milli Məclisdə keçirilən ictimai dinləmə əsl plüralizm nümunəsi oldu" - DEPUTAT ŞƏRH ETDİ
"Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə ilk ictimai dinləmənin təşkil olunması hər şeydən öncə ictimai rəyə nə dərəcədə həssas yanaşıldığını nümayş etdirdi. Belə ki, ictimai gözləntilərin nədən ibarət olduğunu müəyyənləşdirmək, qanunyaradıcılıq prosesində onların nəzərə alınması bir daha nümayiş etdirir ki, ölkəmizdə bütün fəaliyyətlər zamanı, qərarların qəbulu prosesində ictimai məmnunluq məsələsi diqqət mərkəzində olur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, Milli Məslisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmənin təşkili bir daha bunun bariz nümunəsi kimi qiymətləndirilməlidir: "Xatırlatmaq yerinə düşərdi ki, 1995-ci ildə Konstitusiyanın qəbulu zamanı Ulu Öndər Heydər Əliyev cəmiyyətin bütün üzvlərinin baxışlarının nəzərə alınmasının vacibliyi prinsipini rəhbər tutmuşdur. Belə yanaşma, hər şeydən öncə cəmiyyətlə hakimiyyət münasibətlərindəki konstruktivliyinin artmasını şərtləndirir və ictimai dialoq mühitini daha da yaxşılaşdırır. Oxşar yanaşmanı Milli Məclisdə keçirilən ictimai dinləmələr zamanı da aydın müşahidə etdik. Ümumiyyətlə, hesab edirəm ki, belə formatda ictimai dinləmənin təşkil olunması Azərbaycan ictimai-siyasi həyatında yeni siyasi mədəniyyət elementlərinin formalaşmasına xidmət edir. Belə ki, ictimai dinləmə özü-özlüyündə cəmiyyət üzvlərinin siyasi iştirakçılığını stimullaşdıran mühüm bir hadisədir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərlərinin, təmsilçilərinin iştirakı ilə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmənin həm də daha təkmil qanun layihəsinin hazırlanması iradəsinin olduğunun göstəricisidir. Həqiqətən də, ictimai dinləmə zamanı siyasi partiya rəhbərləri qanun layihəsi ilə bağlı öz fikirlərini, təkliflərini səsləndirmələri üçün kifayət qədər münasib şərait yaradılmışdır. Ən vacib məqamlardan biri isə, həm də ondan ibarət idi ki, proses tam olaraq mediya təmsilçiləri tərəindən izlənilirdi. Yəni, bu dinləmə təkcə birbaşa iştirakçıların deyil, həm də bütün cəmiyyətin diqqəti mərkəzində idi. Qanun layihəsinin ayrı-ayrı müddəaları haqqında bütün cəmiyyət üzvlərinin rahat təsəvvürlər əldə etmək imkanı oldu. Bu baxımdan, Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı baş tutan ictimai dinləmə əsl plüralizm və demokratiya nümunəsi oldu. Bu dinləmə həm də siyasi mədəniyyətin və siyasi iştirakçılığın təsirli drayveri rolunu oynamaq imkanlarını sərgiləmiş oldu. Siyasi partiyalarla parlament dialoqunun, tərəfdaşlığının kifayət qədər perspektivli əsasının qoyulduğunu da ictimai dinləmə göstərdi. Beləliklə, ictimai rəyin və mütərəqqi beynəlxalq təcrübənin nəzərə alınması ilə təkmil qanun layihələrinin hazırlanması istiqamətində hazırda formalaşmaqda olan yeni siyasi dialoq və münasibətlər sistemi təsirli rol oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB