Qubadlı rayonunun işğaldan azad edilməsindən iki il ötür - SORĞU
Qubadlı rayonu - 14 mart 1933-cü ildə yaradılmışdır. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. İ.ğaldan əvvəl rayon ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı var idi. Rayon 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 25 oktyabr 2020-ci il ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bəs şəhər sakinlərimiz iki il bundan öncə məhz bu gün Qubadlı rayonu işğaldan azad edilərkəın hansı hissləri keçirdirdilər? Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Ziyad Yaqubzadə: “Bu gün Qubadlı rayonunun azad olunmasından iki il ötür. Müzəffər ordumuz Ali Baş Komandanın əmrinə sadiq qalaraq 30 il ərzində düşmən tapdağında qalan rayonlarımızı o cümlədən də Qubadlı rayonunu işğaldan azad etdi. Bir azərbaycanlı gənci olaraq iki il bundan öncə şahid olduğumuz bu hadisələr bizi çox qürurlandırır. Hazırda da Qubadlı istiqamətində yol infrastrukturu təmin olunaraq, quruculuq işləri görülür”.

Şəhər sakini Yavər Quliyev: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çünki məhz igid oğullarımız sayəsində bizim 30 il işğal altında qalan torpaqlarımız işğaldan azad edildi. Bizim igidlərimiz öz qanları bahasına, canlarından keçərək bizim rifah halında yaşamağımızı təmin etdilər. Hər birimiz bu günkü gün onlara borcluyuq”.

Şəhər sakini Aybəniz Hüseynova: “İki il bundan öncə igidlərimiz torpaqlarımızı qarış-qarış azad edərkən sevinc gözyaşlarımı saxlaya bilmirdim. Çünki bu xəbərləri biz uzun illərdir ki, gözləyirdik. Allah bütün qazilərimizə can salığı, şəhidlərimizə rəhmət eləsin. Qubadlıda, Şuşada, Zəngilanda, Xocalıda və s. bütün torpaqlarımızın hamısı bizimdir. Allah düşmənin bəlasını versin ki, bizim millətmizə çox böyük acılar çəkdiriblər”.

Şəhər sakini Salman Əliyev: “Mən torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizin qarşısında baş əyirəm. Bu gün bizim hər birimiz onlara borcluyuq. Qubadlı rayonu ordumuz tərəfindən işğaldan azad edilib. Bilirəm ki, azad olunan torpaqlarımızın xəbərini eşidən hər bir azərbaycanlı çox böyük fəxarət hissi keçirdirdi. Qarabağ Azərbaycandır!”.

Şəhər sakini Ruhan Fərəcov: “Mənim dostlarımın əksəriyyəti Qubadlı rayonundandır. Məhz Qubadlı rayonu işğaldan azad edilərkən mən onların sevincinə şahid oldum. O zaman anladım ki, insanın torpağı onun üçün nə dərəcədə önəmli və gərəklikdir. Təbii ki, torpaqlarımız azad olunarkən hər bir azərbaycanlı cani-könüldən sevindi”.

Şəhər sakini Təranə Abbasxanova: “Qubadlı rayonu Qarabağımızın dilbər guşələrindən biridir. Həmçinin bu rayon bizim üçün çox mühüm strateji əhəmiyyət kəsb edən ərazdir. Qubadlı rayonu 2020-ci il 25 oktyabr tarixində düşmən tapdağından azad edildi. Hər birimiz sevindik, qürurlandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB