Tyeri Valle: "Bu, Fransa diplomatiyasının son illərdəki ən pis addımıdır"
Fransa prezidenti Emmanuel Makronun Qarabağla bağlı son bəyanatını fransalı hüquq müdafiəçisi Tyeri Valle məhz bu cür ifadə edib. SİA xəbər verir ki, onun Makrona üvnalnadığı açıq məktubunu Fransanın nüfuzlu "Causeur" dərgisi dərc edib. Valle qeyd edib. SİTAT: “Siz öz bəyanatınızla Cənubi Qafqazdakı zərif sülhü və erməni-azərbaycanlı münasibətlərinin normallaşması istiqamətində fəaliyyət göstərən Avropa İttifaqının rolunu təhlükə altında qoydunuz”.
“Belə ki, tərəflərin Praqada qarşılıqlı olaraq bir-birlərinin suverenliklərini tanımaları fonunda Fransa prezidentinin “Qarabağ Ermənistanın qəlbidir” bəyanatını səsləndirməsi yalnız beynəlxalq hüquqa göstərilən hörmətsizlik deyil, həm də danışıqlar prosesindəki uğurlara xələl gətirir”, deyə açıq məktubunda qeyd edən hüquq müdafiəçisinə görə bu, Fransa diplomatiyasının son illərdəki ən pis addımıdır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB