Cənab Prezident İlham Əliyev Azərbaycana müharibə qalibiyyətini yaşadan dahi sərkərdə və Ali Baş Komandandır. Məlumdur ki, 30-ilə yaxın bir müddət ərzində Azərbaycanın ərazi bütövlüyünün 20-faizi işğal altında idi. 2020-ci ilin 27 sentyabrında başlanmış müqəddəs müharibə nəticəsində Vətənimizin hər bir parçası uğrunda döyüşən igid oğullarımız canları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Bu azad olunmuş əbədi və əzəli torpaqlarımızdan biri də Qubadlı rayonu olmuşdur. Düşmənə sarsıdıcı zərbələrin vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı və 25 oktyabr Cənab Prezident, Ali baş Komandan İlham Əliyev xalqa Qubadlının işğaldan azad olunmasını xəbərini verdi. Bununla da 25 oktyabr tarixi 44 günlük Zəfərlə bitən müharibəmizin gedişatına əhəmiyyətli dönüş nöqtəsi gətirdi. Bu gün artıq Qubadlı şəhəri yeni inkişaf dövrünü yaşamaqdadır. Burada aparılan yenidən qurma işləri sürətli şəkildə davam etdirilməkdədir. Məlumdur ki, düşməndən azad edilmiş digər torpaqlarımızda olduğu kimi, Qubadlıdan da qovularkən ərazilərimiz düşmən tərəfindən minalanmışdır. İşğal dövründə ermənistan tərəf güclü hərbi qurğular və hərbi baza qurmuşdur ki, müharibə müddətində xüsusi məkanlardan birinə çevirərək həmin ərazilərdən əlverişli şəkildə istifadə etsinlər. Hər bir işğaldan azad olunmuş ərazilərimizdə olduğu kimi burada da mənfurların cinayətləri mədəni-quruculuq sahəsi üzrə öz varvarlığını göstərmişdir. Bu ermənilərin bir daha vandalizm xislətinə malik olduqlarını əyani şəkildə sübüt edirdi. Azərbaycan tərəf dünyaya, bütün beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupuna 30-ilə müddətində erməni vandalizmini hər sferada göstərsə də qərbin erməni sevdası onları düzgün yoldan kənarlaşdırmışdır. Düzdür biz hər zaman sülhün və əminamanlığın tərəfdarı olmuşuq, lakin məlum məsələdir ki, bizdə torpaqlarımızı işğal altında qoya bilməzdik. Çünki bizim Qarabağımız bizsiz idi! Qubadlımız! Zəngilanımız! Şuşamız! Ağdamımız! Və digər əziz rayonlarımız bizləri, sizləri gözləyirdi! Nəticəsi bütün dünya ölkələri tərəfindən bilinən 44 günün uğur oldu ki, o isə hər zaman ürəyimizdə yaşayacaqdır!
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB