Azərbaycan-Gürcüstan münasibətləri bugünkü gün hansı səviyyədədir? - POLİTOLOQ DANIŞDI
"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Gürcüstana səfəri uzun müddət idi ki, gözlənilirdi və bu səfərin bu gün həyata keçirilməsi diqqətəlayiq haldır". Bu fikirləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, bu vaxta qədər səfərin həyata keçirilməməsi iki ölkə arasında həllediləsi ciddi məsələlərin olmaması ilə əlaqədar idi: "Amma dövlət başçılarının görüşməməsi o demək deyil idi ki, əlaqələr davam etmir. Əksinə müxtəlif platformalarda Gürcüstan və Azərbaycan nümayəndələri davamlı görüşür və ikitərəfli, regional məsələləri müzakirə edirdilər. Dövlət başçımızın səfəri isə ikitərəfli müzakirələrdə yüksək səviyyədə müzakirə olunacaq məsələlərin yaranmasına dəlalət edir və düşünürəm ki, bu səfər regionda gedən proseslərin dəyərləndirilməsi və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımdan əlverişli olacaq. Bu səfər zamanı aparılacaq danışıqlardan sonra Azərbaycan və Gürcüstan bir qədər də yaxınlaşacaq və qarşıda duran regional problemlərin həlli daha da sürətlənəcək. Heç şübhəsiz region dövlətlərinin əlaqələrinin inkişafında Ermənistanın destruktiv rolu da müzakirə olunaraq qiymətləndiriləcək. Rusiya-Ukrayna müharibəsinin gətirdiyi problemin birgə aradan qaldırılması üçün tədbirlər planının da hazırlanacağı istisna olunmur. Təbii ki, ikitərəfli münasibətlər də diqqət mərkəzində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə