İran anti-Azərbaycan fikirləri irəli sürür? - POLİTOLOQ DANIŞDI

İran anti-Azərbaycan fikirləri irəli sürür? - POLİTOLOQ DANIŞDI

“İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər anti-Azərbaycan xarakterlidir. İran birtərəfli qaydada ermənipərəst mövqeydən çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq qeyd edib ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı mühüm bir hadisədir: “Zəngilan Beynəlxalq Hava limanı açılan zaman İranın xarici işlər naziri İrəvana səfər etdi. Səfər çərçivəsində çox qərəzli bəyənatlar səslənildi. Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir kimi fikirlərə yol verildi. Bu kimi halların yaşanması heç də yaxşı deyil, çünki Ermənistan işğalçı dövlətdir və Azərbaycana qarşı etnik-təmizləmə siyasətini həyata keçirərək, çoxsaylı soyqırımlar və insan qətliamlarını həyata keçirən tərəfdir. İran da Ermənistanın təhülkəsizliyini öz təhlükəsizliyi hesab edir. Təbii ki, bu halın da başa düşülən bir tərəfi yoxdur. Cənab Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda yaşayan vətəndaşlarımızdan daha çox olduğunu bildirməklə birbaşa olaraq cənub qonşumuza da bir mesaj verdi. Onların həyatının qorunması, sağlamlıqlarının təşviq olunması ölkəmiz üçün əsas prioritet məsələdir. Buna görə də Azərbaycana qarşı gövdə nümayişi həyata keçirən İran qarşısında Türkiyə-Azərbaycan qardaşlığını və hərbi müttəfiqliyini gözə almalıdır.

Türkiyə NATO-da ikinci böyük orduya sahib olan dövlətdir. Həmçinin Türkiyə dövləti Şimali Afrikada, Yaxın Şərqdə və Cənubi Qafqazda təhlükəsizliyin qorunması üçün önəmli addımlar atır. Bu gün Şuşa bəyənnaməsi bizim qardaşlığımızın bir zirvəsi kimi özünü göstərir. Füzuli və Zəngilan Hava limanlarının açılışında Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. Burada da biz Ərdoğanın bütün dünyaya müəyyən mesajlar verdiyinin şahidi olduq. Türkiyənin milli müdafiə nazirinin Ərdoğanın Azərbaycana səfərindən sonra “twitter”-dəki paylaşımı həm də ölkəmizə qarşı hərbi təlimlər keçirən dövlətə bir açıq ismarıc idi”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə