"Hər bir partiya və onun sədri özünə görə şəxsiyyətdir" - RAZİ NURULLAYEV
"Mən, ümumi və konseptual olaraq bu qanun layihəsini müdafiə və təqdir edirəm. İnanıram ki, bu siyasi partiyalar haqqında qanun Azərbaycanda həm də siyasi proseslərin sürətlənməsinə və siyasi fəallığın artmasına xidmət edəcək. Çünki biz siyası fəallıqdan yana olmuşuq". SİA xəbər verir ki, bu sözləri “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, bu qanun layihəsində partiyaların fəaliyyətinin məhdudlaşdırılması heç bir halda nəzərdə tutulmur: "Düşünürəm ki, hər bir siyasi partiyanın 10 min üzvü 10 min Azərbaycan vətəndaşını fəallaşdırmaq, onları siyasi proseslərə cəlb etməkdir.
Hesab edirəm ki, hər bir partiya və onun sədri özünə görə şəxsiyyətdir. Onlar bir ideya daşıyıcılarıdır. Heç bir partiya öz şəxsiyyətinə, fikrinə və adına görə digər partiyadan üstün qoyula bilməz".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB