“Zorakılığa arxalanan İran rejimi etirazların qarşısını qəddarlıqla alır” - PARTİYA SƏDRİ AÇIQLADI

“Zorakılığa arxalanan İran rejimi etirazların qarşısını qəddarlıqla alır” - PARTİYA SƏDRİ AÇIQLADI

“İranda yaşayan soydaşlarımızın hüquqlarının tapdalanması, onlar üçün heç bir şəraitin yaradılmaması bütün dünyaya məlumdur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.


Onun sözlərinə görə, təbii ki, bu vəziyyətdə İran rejiminə etiraz etmək, onlardan hüquqlarının təmin olunmasını tələb etmək soydaşlarımızın haqqıdır: “Etiraf etmək lazımdır ki, zorakılığa arxalanan İran rejimi etirazların qarşısını qəddarlıqla alır. Belə bir şəraitdə müstəqilliyə nail olmaq və öz dövlətini qurmağa çalışmaq təbii ki, çox çətindir. Bunun üçün müəyyən şəraitin yetişməsinə ehtiyac var. İran rejimi hələ ki, hər cür etirazın qarşısını vaxtında və qəddarlıqla alır. Təbii ki, bu uzun çəkə bilməz. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın da öz hüquqlarının tam təmin olunacağı gün uzad deyil. Bunun üçün tələsməməli, dünyada mövcud olan reallığı düzgün qiymətləndirilməliyik. Beynəlxalq hüquqa görə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın müstəqilliyinin əldə olunması İranın ərazi bütövlüyünün pozulması sayılmır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə