"Bu Hava Limanı Zəngilanın dünyaya açılan qapısıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu Hava Limanı Zəngilanın dünyaya açılan qapısıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"20 oktyabrda, yəni Zəngilanın işğaldan azad olunmasının ikinci ilində Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu. Bu Hava Limanı Zəngilanın dünyaya açılan qapısıdır və bu, çox əlamətdar hadisədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Cəbrayıl şəhərində Türkiyənin Prezidenti ilə bir yerdə ölkə başçımız mətbuata bəyanatlar səsləndirdi: "Cənab Prezidentin bəyanatlarında Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdənlərə ünvanlanmış çox ciddi mesajlar səsləndirilmişdir. Birincisi qeyd etmək istəyirəm ki, Türkiyənin dövlət başçısı və hökumət nümayəndələrinin Azərbaycanın vacib gündə yanımızda olması Azərbaycanın yalqız olmadığına bir mesajdır".

Deputat sözlərinə belə davam edib: "Türkiyənin 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında bizə verdiyi mənəvi dəstək haqq işimizi qısa bir zamanda görməyimizə yol açdı. İndi də müharibənin başa çatmasından keçən iki ildə işğaldan azad etdiyimiz torpaqlarda aparılan yenidənqurma və bərpa işlərində də Türkiyə yanımızdadır. Layihələri çiyin-çiyinə verərək bir yerdə icra edirik.

Türkiyə ilə bir yerdə apardığımız infrastruktur layihələri və yaşayış məntəqələrin bərpası istiqamətində görülmüş işlər keçmiş köçkünlərimizin öz doğma yurdlarına qayıdışını tezləşdirəcək. Bütün işlər plana uyğun şəkildə davam etdirilir. Türkiyənin daima yanımızda olması icra etdiyimiz layihələrin daha tez ərsəyə gəlməsinə yol açır. Azərbaycan - Türkiyə birliyi böyük regional gücdür və bir yerdə olmağımız regionda sülhün və təhlükəsizliyin davamlı təmin edilməsinə imkan verir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə