Yasamalda YAP-ın 30 illik yubileyi münasibəti ilə tədbirlərə start verilib - FOTOLAR

Yasamalda YAP-ın 30 illik yubileyi münasibəti ilə tədbirlərə start verilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “H.Cavid pr.33A” (Bakı Metropoloteni QSC) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının məsul əməkdaşları, H.Cavid pr.33A” (Bakı Metropoloteni QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hidayət Məmmədov və sədr müavini Rəhilə Ramazaova, ərazi partiya təşkilatının nümayəndələri iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən H.Cavid pr.33A” (Bakı Metropoloteni QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hidayət Məmmədov tədbirin baş tutmasının əsas səbəbinin qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd etdi.

Vurğulandı ki, 30 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyasına xalqımızın dəstəyi və məhəbbətinin əhəmiyyətli dərəcədə yüksək olması danılmazdır. Sonra çıxış üçün söz Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verildi.Çıxış edən Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 30 ildə öz məqsədlərinə uyğun yüksək səviyyəli dinamik şəkildə inkişaf etməkdədir. Bu baxımdan da partiyamızın üzvlərinin gündən- günə artması qürürverici bir hissdir. Bundan əlavə qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin siyasi və layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər, regionda yaranan reallıqlar vətənimizi dünyanın qabaqcıl ölkələri sırasında ön cərgələrdə yer almasına səbəb olmuşdur. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Çıxışına davam edən Bəxtiyar Nəbiyev sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olan 46 nəfər əməkdaşa ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn "Bakı Metropoliteni" QSC-nin yaranmasının 55 illik yubileyi münasibəti ilə bütün əməkdaşları təbrik edib.Çıxış edən “H.Cavid pr.33A” (Bakı Metropoloteni QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rəhilə Ramazaova partiyamızın uğurlarından bəhs edərək yeni üzv olan əməkdaşlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzu edib.Çıxış edən ərazi partiya təşkilatının nümayəndələri-Samir Əhmədov və Şaiq Heydərov Partiyanın keçdiyi 30 illik şərəfli yolun Xalq-İqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləməklə, müstəqil Azərbaycanın Yeni Azərbaycan Partiyası ilə birgə uğurlu gələcəyə doğru böyük inamla irəliləməsini qeyd etdilər.

Tədbirinin sonunda bir qrup əməkdaşa Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri və fəxri fərmanlar təqdim olunub.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə