“Makronun erməni ruhunu hamı gördü” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Praqada keçirilmiş dördtərəfli danışıqlarda nəticənin əldə olunmasında Fransanın heç bir xidməti olmayıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin razılığı ilə Fransa prezidenti Emmanuel Makron danışıqlarda iştirak edib : “Əgər cənab Prezident razılıq verməsəydi, Makron yenə də danışıqlardan kənarda qalardı. Fransanın Azərbaycandakı səfiri Zaxari Qrosun Praqa ruhunun yaşaması və əldə olunmuş nəticələrdə Fransanın xüsusi xidməti olduğunu deməsi absurd və tamailə yanlışdır”.
Deputat sözlərinə belə davam edib: “Danışıqlarda da və sonra “Fransa -2” telekanalına verdiyi müsahibəsində də Makronun erməni ruhunu hamı gördü. Bizə nə Makronun, nə də Fransanın ruhu lazım deyil. Yeganə istəyimiz sadəcə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara Fransanın müdaxilə etməməsidir. Öz işimizi Makronun ruhu olmadan daha yaxşı görürük və görəcəyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və xalqımızın milli maraqlarına uyğun qərarların qəbul etməsi bizim üçün ən böyük ruhdur. İnanıram ki, məhz Prezidentimizin ədalətli mövqeyini uca tutaraq Ermənistanla sülh müqaviləsi bağlanacaq və ölkələr arasında münasibətlər öz yoluna düşəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB