"Ermənistan rəhbərliyi öz addımlarını korrektə etməlidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan rəhbərliyi öz addımlarını korrektə etməlidir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan sülh prosesinə səmimi yanaşmır və sülh ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən də boyun qaçırır. Bunun əsas göstəricilərindən biri Qarabağda Ermənistanın silahlı qüvvələrinin, hərbi birləşmələrinin hələ də qalmasıdır. Yekun sülh müqaviləsi ilə bağlı da Ermənistan tərəfi addım atmaq əvəzinə bu gün Azərbaycanla sərhəddə mövqelərimizi atəşə tutur. Bütün bunlar yolverilməzdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın eləcə də Avropa İttifaqının vasitəliyi ilə həyata keçirilən bütün fəaliyyətin üzərindən xətt çəkir: “Ermənistan ərazisinə yerləşdirilən Avropa İttifaqının mülkü missiyasının da öz maraqları naminə istifadə etmək niyyətləri özünü büruzə verir. Bununla Ermənistan prosesi uzatmaq və sülhə kölgə salmağı hədəfləyir. Bu yolverilməz bir yanaşmadır.

Düşünürəm ki, Ermənistan sülh müqaviləsi ilə bağlı baxışlarını dəyişməlidir. Azərbaycan və Türkiyə ilə bu gün siyasi normallaşma prosesi həyata keçirilir. Lakin Ermənistanın bütün davranışları bu prosesi tormozlomağa yönəlib. Bu addımlar çox aydın şəkildə sezilir. Düşünürəm ki, Ermənistanın hərbi siyasi rəhbərliyi həyata keçirilən bu fəaliyyətlə bağlı öz addımlarını və danışıqlarını korrektə etməlidir. Azərbaycan tərəfi sülh prosesinə sadiqdir. Atılan addımlar, həyata keçirilən fəaliyyət, məhz bərpa-quruculuq və keçmiş məcburi köçkünlərin bu əraziyə qaytarılması nəzərdə tutulub. Lakin Ermənistan həm də çalışır ki, sülh prosesi reallaşmasın. Bununla da müəyyən vaxt udsunlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə