"Tezliklə Qarabağ dünyanın ən abad bölgələrindən birinə çevriləcək" - DEPUTAT DANIŞDI

"Tezliklə Qarabağ dünyanın ən abad bölgələrindən birinə çevriləcək" - DEPUTAT DANIŞDI

“Cənab Prezidentin Zəngəzur və Cəbrayıla səfəri mühüm əhəmiyyət daşıyır. Bu səfərlər zamanı bir sıra obyektlərin, elektrik stansiyalarının və digər sahələr üzrə açılışların şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, eyni zamanda ilk yaşayış binalarının da təməli qoyudu: “Səfər çərçivəsində Prezidentin Ağalı kənd sakinləri ilə görüşünün də şahidi olduq. Bütün bunlar onu göstərir ki, dövlət başçısı gərgin qrafikə baxmayaraq hər zaman vətəndaşlarımızın yanındadır və xüsusi diqqət, həssaslıqla yanaşır. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Qarabağ dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevriləcək.

Tədbirlər davam edir. Ənənəvi məsələlərdən biri də Şükürbəyli-Cəbrayıl istiqamətində yolun sürətli çəkilişinin təmin olunmasıdır. Bildiyimiz kimi bu yol Şükürbəyli-Hardrud yoludur. Bütün bunlar onu göstərir ki, Azərbaycanın mövqeyi qətiyyətlidir. Burada həm dünyaya, həm də Ermənistana mesaj var. Onlar da anlamalıdırlar ki, Azərbaycan sona kimi öz mövqeyini davam etdirəcək və bütün torpaqlarını qısa müddətdə təmir və bərpa edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə