"Hava Limanı bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynyacaq" - MİLLƏT VƏKİLİ DANIŞDI

"Hava Limanı bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynyacaq" - MİLLƏT VƏKİLİ DANIŞDI

“Cənab Prezident İlham Əliyevin digər rayonlarımıza olduğu kimi Zəngilana da səfəri böyük əhəmiyyət daşıyır. Bu səfər zamanı Zəngilan Hava Limanı açılacaq. Hava Limanının açılışı təkcə Şərqi Zəngəzur iqtisadi rayonunun deyil, zaman gələcək Qərbi Zəngəzurun da hava qapısı olacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, Hava Limanının açılması bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynyacaq: “Yeni infrastruktur yaranacaq, iş yerləri açılacaq. Bu səfər zamanı dövlət başçımız Zəngilanda yaşayış binasının da təməlini qoydu. Bu onu göstərir ki, qarşıdakı bir neçə il ərzində Zəngilan şəhər mərkəzi özünün ilk keçmiş məcburi köçkünlərini qəbul edə biləcək.

Cənab Prezident İlham Əliyev demək olar ki, bütün səfərlərində məktəb binalarının təməlini qoyur. Bu dəfə də Zəngilanda məktəb binasının təməlinin qoyulmasının çox böyük rəmzi mənası var idi. Bu onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizə təhsilimiz, elmimiz, cəmiyyətimiz qayıdır.

Ölkə rəhbərimizin Ağalı kəndində birinci xanım Mehriban Əliyeva ilə məktəbə getməsi, məktəb kollektivi ilə o cümlədən kənd sakinləri ilə görüşməsi həm təhsilimizə olan diqqət və qayğının, həm də dövlət başçımızın sadə xalq adamı olduğunun göstəricisidir. Buna görə də bu səfəri böyük əhəmiyyətli hesab edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə