Ermənilərin müqavimətinə baxmayaraq, UNESCO Bakı prosesini qəbul edib

Ermənilərin müqavimətinə baxmayaraq, UNESCO Bakı prosesini qəbul edib

Erməni tərəfinin müqavimətinə baxmayaraq, Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.

SİA-nın məlumatına görə, bu barədə bu gün UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.

"Biz əvəzsiz dəstəyə görə bütün ölkələrə dərin minnətdarlığımızı bildiririk", - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə