Sumqayıtda YAP-ın 30 illiyi münasibəti ilə tədbir keçirilir - YENİLƏNƏCƏK - FOTOLAR

Sumqayıtda YAP-ın 30 illiyi münasibəti ilə tədbir keçirilir - YENİLƏNƏCƏK - FOTOLAR

Bu gün Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cü ildönümü əlaqədar olaraq tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Sumqayıt təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri Tahir Mirkişili, Emin Hacıyev və Hicran Hüseynova iştirak edir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə