DAHİ MEMARIN – MÖHTƏŞƏM ƏSƏRİ ŞƏRH

DAHİ MEMARIN – MÖHTƏŞƏM ƏSƏRİ ŞƏRH

Qurub yaratmaq onun alın yazısı idi. Yaratdıqları da özü kimi möhtəşəm idi. Azərbaycan xalqının tarixini yazırdı, tarixini yaradırdı, illəri illərə calayaraq, sanki bir rəssam, memar qüdrəti ilə bütün istedad və bacarığını möhtəşəm bir əsərin yaranmasına həsr edirdi. Həmin əsərin adı Azərbaycandır. Gəncliyində Heydər Əliyev dram teatrında oynayırdı. Uşaqlıqda kim olmaq istəyirdi sualına isə Ulu öndər gözlənilmədən belə cavab verdi: memar. O, obrazlı desək, əslində memar oldu - öz ölkəsinin memarı. Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü il tarixində Azərbaycan Respublikasının ən qədim diyarlarından biri olan Naxçıvan şəhərində anadan olmuşdur. Böyüdükcə öz arzusu dalınca getdi və memarlıq fakultəsinə daxil oldu. Lakin Tanrı ona sadəcə bir memar olmaqdan daha böyük şans verdi, öz doğma ölkəsinin, bütün qəlbi ilə sevdiyi Azərbaycanın memarı, qurucusu olmaq şansı. Sovet İttifaqın geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycan məhz Ulu öndərin rəhbərlik etdiyi illərdə, onun gərgin əməyi nəticəsində gün üzü görməyə başlayır. 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilir və 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edir. Elə bu gündən başlayaraq müstəqil, suveren, güclü, qabaqcıl, firavan, dünyanın sürətlə inkişaf edən ölkələri siyahısında olan Azərbaycanın “Dahi memar” tərəfindən təməli qoyulur. Həmin illərdə Azərbaycanda güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa bir zamanda iqtisadiyyatın sürətlə inkişaf etməsinə nail olur. 1969-1982-ci illərdə Ulu öndərin rəhbərliyi ilə icra edilən sosial-iqtisadi siyasət səbəbindən respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişafı ön planına keçməsi, xalqın yaşamaq səviyyəsinin inkişaf etməsinə, ancaq dövlət iqtisadiyyatının idarə edilməsini dərindən bilməklə böyük nailiyyətlər əldə etmək mümkün olurdu. Və yalnız Ulu öndərin irəli sürən təklifi ilə icra olunan islahatların nəticəsində Azərbaycan zəif bir aqrar-sənaye respublikasından qüdrətli sənaye-aqrar respublikasına çevrilmişdir. Azərbaycanda həyata keçirilən global quruculuq işləri sayəsində respublikada qısa bir zamanda yeni yaşayış massivləri, müxtəlif sahələrə aid binalar, məktəblər, sənaye obyektləri inşa olundu, yollar tikildi. Bu dövrdə Ümummilli liderin ən böyük nailiyyətlərindən biri də 1987-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və Azərbaycan dilinin dövlət dili elan edilməsidir. Bu mühüm hadisə Azərbaycan quruculuğunda, Azərbaycan xalqının milli ruhunun güclənməsində vacib rol oynadı.1987-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun, eləcə də baş katibi olan Mixayil Qorbaçovun yeritdiyi siyasətə etiraz edir və tutduğu vəzifələrdən istefa verir.Üç il bundan sonra Bakıda sovet ordusu tərəfindən 1990-cı ilin 19-dan 20-nə keçən gecə ağlasığmaz, dəhşətli bir qanlı faciə törədilir. Dağlıq Qarabağda kəskin münaqişəli vəziyyət yaranır. Həmişə olduğu kimi, Heydər Əliyevin qəlbi Azərbaycan xalqına qarşı törədilmiş cinayətinin ağırlığına tab gətirmir, xalqını, Vətənini, onların çətin günlərində tək qoymur. 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının siraları tərk edərək, SSRİ rəhbərliyinə etirazını bildirir və həmin dəqiqə Vətənə, xalqın yanına geri qayıdır.1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranır. Bu ağır bir zamanda xalq öz xilaskarına səslənir. Azərbaycan xalqı Umummili liderin hakimiyyətə gətirilməsi tələbini irəli sürür. Həmin dövrkü Azərbaycan rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etmək mücburiyyəti altında qalır. Beləliklə, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilir, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini keçirməyə başlayır. Belə ağır dönəmində xalq üçün bu bir ikinci nəfəs idi. Müstəqil və firavan Azərbaycan quruculuğu yolunda daha bir mühüm addım idi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev ümumxalq səs verməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilir və 2003-cü ilə qədər rəhbərlik edir. Azərbaycan tarixində təzə bir səhifə açır. Ulu öndər 1993-2003-cü illərdə xalq qarşısında göstərdiyi xidmətlərə görə həmin illərdə respublikamızı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, O, həm də xalqımıza firavan, müstəqil bir həyat bəxş etdi. Ümummilli liderin ikinci rəhbərlik dövrün ən böyük nailiyyətlərindən biri də 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” oldu. Bu müqaviləni imzalamaqdan Azərbaycan neftinin dünya bazarına nəqlənməsi təmin olundu. Bu səbəbdən Bakı-Tbilisi-Cəyhan xətti çəkilməsi şərt oldu. XXI əsrin ən böyük enerji layihələrindən olan Bakı-Tbilisi-Cəyhan əsas ixrac boru kəmərinin tikilməsi respublikamızın dünya dövlətləri ilə yeni münasibətlərinin, dünya xalqları ilə bizim xalqının əlaqələrinin yenidən qurulmasına, dövlətimizin xarici siyasətinin güclənməsinə və sürətlə inkişafına yol açdı. Bu gündə bizim üçün sevindirici haldır ki, Heydər Əliyev varislik üçün düzgün prioritetləri müəyyən edə bildi və bunun sayəsində bu gün Azərbaycanın hazırkı prezidenti İlham Əliyev atasının işini uğurla davam etdirir. Düşmənləri darmadağın edərək, 44 günlük Vətən müharibəsi nəticəsində erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqları geri qaytaran İlham Əliyev atasının layiqli oğlu və davamçısı olduğunu sübut etdi. Umummilli lider “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək, peyğəmbərcəsinə İlham Əliyevə inamını vurğulayırdı. Əminliklə deyə bilərik ki, “Dahi Memar” öz əsərini parlaq şəkildə tamamladı, alın təri ilə arzusunu həyata keçirdi. Ulu öndər dəfələrlə vurğulayırdı: “İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq”. O XX-XXI əsrin həm Azərbaycan, həm dünya tarixində ən böyük, əvəzolunmaz bir şəxsiyyət kimi yer aldı.

Farina Əsədova,

Qaradağ rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi

Bütün xəbərlər Facebook səhifəmizdə