"Xudafərinin bizim qəlbimizdə xüsusi yeri var" - QHT RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ
"Xudafərin körpüsünün işğaldan azad olunmasının iki illiyi münasibəti ilə bütün xalqımızı və dünya azərbaycanlılarını təbrik edirəm. Onlara uğurlar arzulayıram". Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, Müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandanın rəhbərliyi ilə dəmir yumruq əməliyyatları nəticəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu: "O cümlədən, Xudafərin körpüsünün işğaldan azad olunması xalqımızın tarixi üçün çox önəmli bir hadisə və gündür. Çünki Xudafərin körpüsü dövlətçilik tarixində, xalqımızın və kültürümüzün tarixində tamamilə mənəvi bir simvol və dəyərdir. Ona görə də Xudafərinin bizim qəlbimizdə xüsusi yeri var".
Rauf Zeyni sözlərinə belə davam edib: "Bu baxımdan Xudafərin körpüsünün işğaldan azad olunması bizim milli-mənəvi dəyərimiz, tarixi abidəmiz kimi xüsusi rol oynayırsa, eyni zamanda regionda geostrateji siyasətin dəyişməsi və Azərbaycanın sərhədlərinin bağlanması, sərhədlərinə özü hakim olması baxımından çox önəmli bir hadisədir. Bu hadisə şəhid və qazilərimizin sayəsində baş tutub. Bu regionda yeni bir vəziyyət yaradır. Bundan sonra Zəngəzur dəhlizinin açılmasını nəzərə alsaq, bu da tarixi bir hadisə olacaq. Bir daha Ordumuza və xalqımıza böyük qələbələr arzulayıram".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB