"Qarşılıqlı əməkdaşlıq və etimad mühiti formalaşarsa..." POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan təmsil olunduğu bütün formatlarda həvəslə iştirak edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının yanaşması ondan ibarətdir ki, hər hansı bir əməkdaşlıq platformasında mövcuddursa proseslərdə ciddi iştirak edərək, qarşı tərəflərlə fayda əmsalını özündə əks etdirsin: "Astana şəhərində keçirilən MDB zirvə görüşündə də Prezident İlham Əliyev iştirak etdi. MDB ilə bağlı çoxlu fikirlər və yanaşmalar mövcuddur. Bəziləri bu təşkilata ehtiyacın olduğunu, bəziləri isə bu təşkilatın faydasız olduğunu düşünür. Azərbaycan dövləti bu zirvə görüşündə yüksək səviyyədə iştirak etdi. Azərbaycan Ermənistan istisna olmaqla digər MDB ölkələri ilə heç bir fikir ayrılığı yoxdur. Azərbaycan bir qayda olaraq çalışır ki, normal sabitləşdirici mövqedə dayanır. Proseslərdə Azərbaycan xüsusi əhəmiyyətə malikdir".
Politoloq sözlərinə əlavə edərək qeyd etdi ki, Praqa şəhərində keçirilən Avropa İttifaqının zirvə görüşündə İlham Əliyev həm də sülh və təhlükəsizlik məsələləri adlı dəyirmi masada çıxış etdi: "Azərbaycan liderini bütün mərkəzlər ciddi şəkildə qəbul edir və böyük məmnuniyyətlə görüşlərə dəvət edirlər. Bir necə vaxt sonra Prezidentimiz Astanaya dəvət olundu. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirildi. Bu görüşlərdə Prezidentimizin iştirak etməsi və digər dövlət başçıları qarşısında çıxış etməsi İlham Əliyevə olan rəğbəti və diqqəti göstərir. Çünki faydalı fəaliyyət göstərən siyasi liderlər hər zaman arzu olunan və axtarılandırlar. Belə liderlər özlərinin bacarıqların göstərərək, dünya birliyinə inteqrasiyasından irəli gələn tövhələrini vermiş olurlar. Əlbəttə ki, bu tendensiyalar yüksək qiymətləndirilir. Belə siyasətçilərə hər zaman diqqətdə saxlanılır. Siyasi dairələr belə liderləri öz yaxınlarında saxlamaqda maraqlıdır. Azərbaycan son 30 il ərzində dünyaya lazım olan layihələri həyata keçirib. Bu, bir daha göstərir ki, Azərbaycan çox rassional düşünən ölkədir".
Son olaraq politoloq bildirdi ki, Azərbaycan lideri daim ortaya çıxan təhdidləri aradan qaldırılmasında məhz tutarlı alternativ kimi, əməkdaşlıq formatlarını ortaya qoyur: "Azərbaycan lideri çalışır ki, Ermənistanla sülh bərqərar olsun. Azərbaycan təşəbbüskarlığı yüksək qiymətləndirilir. Təbii ki, bir həqiqətin də şahidi oluruq ki, Azərbaycan lideri həm qərb, həm şərq qütbündə bütün platformalarda mərkəzə dəvət olunan prezidentdir. Bütün prezidentlər və rəsmi nümayəndələr çox böyük diqqətlə İlham Əliyevi qarşılayırlar. Onun fikirlərini qəbul edirlər. Bu, onu göstərir ki, Azərbaycan dövlətinin siyasəti təhlükəsizliyi təmin etmək üçündür. Bu isə qarşılıqlı əməkdaşlıq və etimad mühitinin formalaşmasından asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB