Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev oktyabrın 13-də Astanada, Qazaxıstanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirak edib. Zirvə Toplantısında dövlət başçımız çıxış edərək bir çox vacib məqamlara ətraflı şəkildə toxunub. Prezidentin çıxışı 29 ölkə təmsilçisinə bilavasitə, KİV-lərin üzərindən isə onlarla ölkəyə Azərbaycanın Asiyada (ümumən dünyada) qarşılıqlı fəaliyyət, işbirliyi, sülh və etimada dair köklü, etibarlı baxışın, başqa sözlə, başlıca olaraq Azərbaycan həqiqətlərinin növbəti dəfə dünya ictimaiyyətinə çatdırılması baxımından böyük önəm daşıdı.Məlum olduğu kimi, Azərbaycan AQEM-in ilk üzvlərindəndir və bu böyük beynəlxalq platforma, qardaş Qazaxıstanın Asiyada (Avrasiya və bütün dünyada) barışcıl, güvənilir, gələcək qurma işinə töhfəsidir. Platforma eyni zamanda türk qarşdaşlığının başlıca təcəssümü olaraq ümumi bir həmrəylikdir desək heç də yanılmarıq. Bu baxımdan Prezident İlham Əliyevin Astanaya səfəri, orada AQEM-in Zirvə Toplantısında iştirakı, çıxışı xüsusi önəm daşımış olur və gələcək əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb edir.
Zirvə Toplantısında çıxış edən dövlətimizin başçısı bütün səfərlərində olduğu kimi bu mötəbər Toplantıda da bir sıra vacib məqamlara toxunaraq 30 ilə yaxın davam edən işğal zamanı Ermənistan tərəfindən şəhər və kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimizin məqsədli şəkildə dağıdılmasından, o cümlədən Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olmasından və Ermənistanın müharibə cinayətlərinin bu günə qədər davam etməsindən ətraflı şəkildə bəhs edib.Əsaslı faktlarla çıxış edən ölkə başçımız bu yüksək tribunadan Azərbaycanın haqlı mövqeyini, əldə etdiklərini, bölgəyə töhfələrini faktlarla və təsirli diplomatik üslubla şərh edərək erməni “faktlar”ının əsassızlığını, Ermənistanın ağ yalanlarını növbəti dəfə ifşa etdi.Hər bir çıxışlarında Azərbaycanın regionda sülhün bərqərar olmasında maraqlı tərəf olduğunu qeyd edən Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif etdiyini də bildirib. Dövlət başçımızın Zirvə Toplantısında iştirakı bir daha göstərdin ki, cənab İlham Əliyevin düşünülmüş siyasi xətti, gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirmişdir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB