"Ermənistanın hansı maraqları güdməsi Azərbaycan üçün əhəmiyyət daşımır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
"Ermənistan tərəfinin imzaladığı sənədləri və ya bəyanatları yerinə yetirməməsi ilə biz ilk dəfə deyil ki, qarşılaşırıq. Bu hal dəfələrlə təkrar olunub, xüsusilə də müharibədən sonrakı dövrdə ənənəvi bir hal alıb". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi sözdə birgə bəyanatın şərtlərini yerinə yetirməkdən, o cümlədən Qarabağ ərazisindən erməni silahlılarının çıxarılmasından, Naxçıvana maneəsiz ikitərəfli yolun açılmasından, sərhədlərin delimitasiyasından və sülhdən söz açsa da realda fərqli fəaliyyətlər ortaya qoyur: "Bu günə qədər hələ də Qarabağ ərazisindən erməni silahlıları tam şəkildə çıxarılmayıb. Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsi təmin edilməyib, sərhədlərin delimitasiyası üzrə komissiyalar yaradılsa da heç bir fəaliyyət olmayıb və sülh müqaviləsinin imzalanması üçün real addımlar atılmayıb. Son günlərdə Brüsseldə keçirilən görüşlərdə sülh müqaviləsi ilə bağlı müəyyən razılaşmalar əldə olunsa da Ermənistan tərəfi bu fəaliyyətlərin həyata keçirilməməsi üçün təxribatlar törədirlər. Həm ərazilərimizin intensiv olaraq atəşə tutulması, həm Azərbaycanla şərti sərhəddə qoşunların yeridilməsi Ermənistanın növbəti planıdır ki, guya Azərbaycan Ermənistana qarşı təxribatlar törədir.
40 nəfərlik Avropa İttifaqının missiyası artıq Ermənistandadır. Bu təxribatların əsas məqsədlərindən biri Azərbaycanı cavab tədbirlərinə vadar etməkdir. Bununla da Azərbaycanı Ermənistana qarşı günahlandırmaqdan istəyirlər. İstənilən halda Ermənistanın hansı maraqları güdməsi Azərbaycan üçün əhəmiyyət daşımır. Atəş açan düşmən mövqeyi ordumuz tərəfindən dərhal darmadağın edilməlidir. Həmin mövqelərdə Azərbaycan Ordusunun şəxsi heyəti və Azərbaycan bayrağı yerləşdirilməlidir. Bu təxribatlara ara vermək istəməyən Ermənistan üçün ən təsirli və adekvat cavab ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB