Diplomatik korpus nümayəndələri Gəncə şəhərinə səfər edib - FOTOLAR
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Baş Prokurorluğun nümayəndələri Gəncə şəhərinə səfər edib. SİA xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Gəncədə raket düşən əraziyə baş çəkiblər, öldürülən günahsız insanların xatirəsinə ehtiram olaraq gül dəstələri düzüblər.
Gəncə şəhərinin ballistik raketlərlə hədəf alınmasının il dönümünə həsr olunan səfərdə 36 ölkədən 22-si səfir olmaqla,10 beynalxalq təşkilatın rəmiləri iştirak edir.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib ki, 2 il bundan öncə biz bura, Gəncəyə gəlmişdik: "Şəhər atəşə tutulduqdan sonra burada barıtın iyi hiss olunurdu. Ola bilsin ki, 2 ildən sonra barıt qoxusu artıq yoxdur, lakin həmin emosiyalar qalıb, əsasən də həlak olan uşaqların oyuncaqlarını görəndə... Bu emosiyalar daha da artıb. Biz də Azərbaycanın hər gün və əsasən 2020-ci ilin 4-18 oktyabr tarixləri aralığında hiss etdiyi ağrını hiss edirik".
Daha sonra Gəncə şəhər Prokurorluğunda ermənilərin Gəncədə həyata keçirdiyi terror aktı ilə bağlı geniş toplantı keçirilib. Baş prokurorun birinci müavini Elçin Məmmədov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan təcavüzkar silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyinin silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq respublikamızın 17 rayon və 3 şəhərinin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, eləcə də mülki əhalinin sıx məskunlaşdığı məntəqələr, obyektlərin hədəfə alınması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı, 27 qadın qətlə yetirilib, 454 nəfər, o cümlədən 50 azyaşlı, 101 qadın xəsarət alıb. Həmçinin mülki əhalinin yaşadığı və döyüş zonasından kifayət qədər kənar ərazilərə edilən raket hücumları nəticəsində ümumilikdə 14 mindən artıq əmlaka təxminən 47 milyon manat maddi ziyan dəyib.
Toplantıda xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmilər də çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB