"Gəncə terroru erməni vəhşiliyinin bariz nümunəsidir" - MİLLƏT VƏKİLİ QEYD ETDİ

"Gəncə terroru erməni vəhşiliyinin bariz nümunəsidir" - MİLLƏT VƏKİLİ QEYD ETDİ

“Ermənistan daima Azərbaycan dövlətinin sivil insanlarına qarşı terror törədib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan dövlətinin baş nazirinin iştirak etdiyi görüşdə bütün dünyaya elan etdi ki, Ermənistan dəfələrlə azərbaycanlı insanlara qarşı terrorlar törədərək, soyqırımlar həyata keçiriblər”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, ermənilərin diplomatik nümayəndələrə qarşı olan əməliyyatlarına şahid oluruq: “Hətta özlərinin müttəfiqi hesab olunan Rusiyada da ermənilər tərəfindən terrorlar həyata keçirilir. Ermənistan dövlətinin Azərbaycana qarşı törətdiyi terrorlardan biri də Gəncə hadisələridir. Ermənistan tərəfi alçaqcasına müharibə getdiyi dönəmlər də Gəncə şəhərinə raketlər artması onların xislətini bir daha ortaya qoyur. Gəncə terroru erməni vəhşiliyinin bariz nümunəsidir. Faşist Almaniyası belə bu cür terrorlar həyata keçirməyib. Biz hazırda Ukraynada baş verən hadisələri şiddətlə qınayırıq. Lakin dünya təşkilatları hər zaman Azərbaycan həqiqətləri qarşısında sus qalıblar. Hansı dövlətlər ki, bizim ölkəmizdə baş verən soyqırımlara, terrorlara, insan vəhşiliklərinə, ərazi işğalına göz yumduğu üçün bu gün həmin ölkələrdə erməni terrorları baş alıb gedir. Gəncədə körpə uşağın öldürülməsi, binaların yerlə-yeksan edilməsi, uşaqların yetim qalması, bir çox insanın bədbəxt olması və s. bütün bunların heç birini unutmaq olmaz. Ermənilər elə zənn edirdi ki, Gəncəni, Tərtəri, Bərdəni bombalamaqla azərbaycanlı əhali öz yurdlarını qoyub qaçacaqlar. Lakin Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, nə olursa-olsun öz torpaqlarını, ata-baba yurdlarını tərk etməyəcəklər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə