Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirləri bazar ertəsi, oktyabrın 17-də Lüksemburqda planlaşdırılan görüş keçirəcək. SİA “TASS”a istinadən xəbər verir ki, Aİ-nin yüksək səviyyəli nümayəndəsi nazirlər Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməklə bağlı qərarı təsdiqləyəcəklər.
Diplomatın sözlərinə görə, hələlik missiyanın təfərrüatları məlum deyil:
“Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək. İlk müşahidəçilər iki ölkənin sərhədinə Aİ-nin Gürcüstandakı missiyasından göndəriləcək. Məsələnin vacibliyinə görə Gürcüstandakı nümayəndəliyimizdən işçiləri götürürük”.
Qeyd edək ki, oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olunub. Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB