Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasına nə mane olur? - ŞƏRH
Ekspertlər Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişi və sülh müqaviləsinin imzalanmasına mane olan səbəbləri açıqlayıb
Son zamanlar Ermənistanın öz təhlükəsizlik problemlərinin həlli yollarını xaricdə axtarmaq istəyi hər kəsə aydın olub. İrəvan israrla gah Fransaya müraciət edir, gah ABŞ-a, gah da Rusiyaya. Bəs Ermənistan yeni şəraitdə nəyə nail olmaq istəyir? Bakı ilə hərtərəfli sülh bağlamağa, Türkiyə ilə münasibətləri normallaşdırmağa, normal yaşamağa cəhd etmək daha asan olmazmı? Üstəlik, bunlar ən yaxın qonşulardır, uzaq dostlar deyil. Bu və ya digər şəkildə onlarla birlikdə yaşamalı olacaqlar.
Tanınmış xarici ekspertlər bu mövzu ilə bağlı fikirlərini “Caliber”-a bildiriblər. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.

“WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun (Potsdam, Almaniya) professoru Aleksandr Rahr
“Müharibədən sonrakı Almaniyanın təcrübəsinə əsaslanaraq yalnız təsdiq edə bilərəm ki, böyük və hətta daha kiçik bir ölkənin əsas diplomatiyası ilk növbədə yaxın qonşularla barışıq və məharətlə yanaşı yaşamağa yönəlməlidir.
Tarix yalnız güclü xarici qüvvələrin “müdafiəsinə” güvənmək öz suverenliyindən məhrum olmaq faktları ilə doludur. Fransa, Polşa və Benilüks ölkələri ilə dinc yanaşı yaşamaq barədə razılığa gəlmək üçün hər şeyi edən müharibədən sonrakı Almaniyanın nümunəsi burada uyğun gəlir. Bu, Almaniyanın yeni Avropa düzəninə inteqrasiyasına kömək etdi”,- deyə A. Rahr vurğulayıb.

Şərqi Avropa Təhlükəsizlik İnstitutunun (Kiyev) idarə heyətinin rəhbəri Anatoli Pinçuk
A.Pinçuk öz növbəsində qeyd edib ki, etnik zəmində ərazi münaqişələri ən çətin olanıdır. Onların həlli yalnız vicdanlı danışıqlar əsasında mümkündür.
“Başa düşdüyüm qədər, Ermənistan rəhbərliyi həm ərazi hüquqları, həm də öz qüvvələri, o cümlədən hərbi sahədə bağlı öz zəifliyini hiss edir. Beləliklə, zamin tapmaq istəyir. Amma Fransanın Ermənistana zamin olmasında müəyyən məntiq varsa, o zaman Rusiya ermənilərdən sadəcə olaraq öz məqsədləri üçün istifadə edir”,- ukraynalı analitik bildirib.

Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko
“Ermənistanın davranışını yönləndirən iki motiv görünür. Birincisi, ölkənin təhlükəsizliyi üçün ən vacib vəzifənin (Azərbaycanla razılaşma və beynəlxalq hüquq müstəvisində münaqişəyə son qoyulması) həllinin ləngiməsi 30 ildən artıqdır davam edən münaqişənin inersiyasından qaynaqlanır. Ermənistanın ictimai rəyi sülhə doğru hər hansı addımı Azərbaycana güzəşt kimi qəbul edir, ona görə də belə addımlar nadir hallarda atılır və çox vaxt geri çəkilmə və ya uzun fasilə ilə müşayiət olunur.
İkincisi, Ermənistan müxtəlif vasitəçilərə və potensial “köməkçilərə” müraciət etməklə gələcəkdə özünün çoxvektorlu diplomatiyasının əsasını qoyur. Planetin bütün kiçik dövlətləri öz suverenliklərini qoruyaraq bu şəkildə hərəkət edirlər.
Ermənistan son vaxtlara qədər təhlükəsizliyini yalnız Rusiyaya güvənirdi. Lakin belə bir siyasət ona bir növ sabitlik bəxş etsə də, İrəvanı Rusiyanın ölkə daxilində və beynəlxalq münasibətlər sferasında fırtınalı və bəzən ziddiyyətli siyasətindən tamamilə asılı vəziyyətə saldı. Hətta bu gün İrəvanın Brüssel, Paris və Vaşinqtona müraciət etmək cəhdləri xaotik görünsə də, onlar əlaqələrin şaxələndirilməsi və daha geniş və daha sabit “dostlar dairəsi”nin formalaşdırılması strategiyasına yaxşı uyğun gəlir”,- S.Tkaçenko bildirib.
Tərcümə - Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB