"Bütün şəhidlərimizin adı əbədiləşdirilir" - MUSA QULİYEV

"Bütün şəhidlərimizin adı əbədiləşdirilir" - MUSA QULİYEV

"Bütün şəhidlərimizin adı əbədiləşdirilir. Şəhid ailələrinə bir sıra güzştlər edilib və imtiyazlar verilib. Bütün bunların hamısı həyata keçirilib". SİA xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, insanın ən birinci sosial ehtiyacı sağlamlıqdır ki, bütün şəhid və qazilərimizə sağlamlıqla bağlı lazımi köməklik göstərilir: "Digər sosial ehtiyac mənzil təminatıdır. Bu da çox yüksək səviyyədə həyata keçirilir.

Digər sosial ehtiyac isə təhsillə bağlıdır. Dövlət tərəfindən şəhid ailələri, qazi və qazi övladlarının təhsili dövlət tərəfindən təmin olunur. Ona görə də xahiş edirəm ki, şəhid və qazi porblemlərindən danışdıqda dövlətin gördüyü işləri gözardı etməyək. Bunları insanlara çatdırmaq lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə