Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə beynəlxalq təşkilata çevrilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETD) Zirvə Toplantısının iştirakçıları tərəfindən forumun beynəlxalq təşkilata çevrilməsi ilə bağlı qərar qəbul olunub.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 13-də Astanada keçirilən təşkilatın sammitində bildirib.
Qazaxıstanın 2020-ci ildən bu quruma sədrlik etdiyini xatırladan Tokayev bildirib ki, AQFETD-in (CICA) statusunun beynəlxalq təşkilata transformasiyası ilə bağlı Astana bəyanatı qəbul olunmuş sayılır.
Qeyd edək ki, oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısı keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB