Gündən-günə inkişaf edən ölkəmiz öz imzasıyla dünyaya səs salır

Gündən-günə inkişaf edən ölkəmiz öz imzasıyla dünyaya səs salır

Oktyabrın 11-də Bişkekdə Azərbaycan ilə Qırğızıstan arasında sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki dövlət arasında “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında” Saziş imzalanıb. Bu fond beynəlxalq müqavilələr bağlamaq hüququna malik olan beynəlxalq hüququn subyekti olacaq. İnkişaf Fondu Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığı, iqtisadiyyatı modernləşdirmək və inkişaf etdirmək məqsədilə yaradılıb. Birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Onun mənzil-qərargahı Bişkekdə yerləşəcək. Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın aktivləşməsi və genişlənməsinə təkan verəcək. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlər və borclar verəcək, kapitalda iştirak edəcək və digər maliyyə alətlərindən istifadə etməklə, o cümlədən aşağıdakı sahələr üzrə təsisçilər üçün prioritet layihələrə investisiya qoyacaq: aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, təbii qaz sənayesi, geyim və tekstil sənayesi, mədənçıxarma və metallurgiya sənayesi və s.

Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığa xüsusi əhəmiyyət verilir. Gələcəkdə hər iki ölkə qarşısında qarşılıqlı münasibətlərimizin strateji hədəflərini və fəaliyyət alqoritmini, eləcə də istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi durur. Ölkəmiz dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırdır. Məhdud tərkibdə görüşdə artıq əməkdaşlığın çoxlu mühüm məsələlərini müzakirə etdildi, onun başlıca istiqamətləri, prioritetləri müəyyənləşdirildi və Dövlətlərarası Şuranın iclası çərçivəsində müzakirəni davam etdirildi.

Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü, hər iki dövlətin həmrəyliyinin möhkəmlənməsi işində daha bir addım olacaq. Daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü Azərbaycan və Qırğızıstan kökləriminə yaxın olmalı, öz ənənələrinə və xalqlarımızın nadir mədəniyyəti qorunub saxlanılmalıdır. Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Müvafiq Bəyannamə Bakıda imzalanıb və biz bu gün artıq məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi aparıldı.

Heç bir şübhə yoxdur ki, ölkələr arasında çoxəsrlik tarixə, ortaq ənənələrə, dilə və mədəni-mənəvi irsə əsaslanan dostluq telləri və qarşılıqlı qardaşlıq münasibətləri gələcək inkişaf və dərinləşmə üçün zəmin yaradır. İmzalanmış sənədlər gələcəkdə ölkələr arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə kömək edəcək. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları, kommunikasiyaları daha sıx birləşdirməyə imkan verəcək. İlk növbədə, söhbət dəmir yolundan gedir. Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəklənir. Xəzərin tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Əlbəttə ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi də, əlbəttə ki, anlaşılandır. Lakin əsas odur ki, Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr elə sinxronlaşdırılmalıdır ki, liman imkanlarının həm artırılması, həm də genişləndirilməsi planlaşdıra bilər. Artıq deyildiyi kimi, Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirmək planlaşdırılır. Hazırda bəzi günlərdə limanda, hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır.9 ay ərzində 60 faiz artım – bu, yüklərin nəql edilməsində əhəmiyyətli göstəricidir.

Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı iki ölkə arasında dostluq münasibətlərinin və təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda iki qardaş xalqın tarixi əlaqələrinin möhkəmləndirilməsinin gözlə görünən parlaq sübutudur. Bu park qədim münasibətlərin, dərin tarixi, mənəvi və əxlaqi kökləri, dəyərləri, ənənələri olan ölkələrin möhkəm dostluq və qardaşlıq rəmzi kimi çıxış edir. Məhz bu, qurulan müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəm təməlidir.

Xəzər rayonu

Ə.Quliyev adına 121 saylı məktəbin müəllimi Süleymanova Yeganə

Bütün xəbərlər Facebook səhifəmizdə