Ermənistanda və Azərbaycanda iki rusun fərqi FAKT!

Ermənistanda və Azərbaycanda iki rusun fərqi FAKT!

Ermənistanın monoetnikliyi və digər millətlərə qarşı irqçilik, ksenofobiyaçılıq və dözümsüzlük münasibətinin bütün şkalaları aşması kifayət qədər təsdiq olunub. Bunu sübut edən daha bir faktı qeyd edə bilərik.

İki il Ermənistanda yaşayan Rusiya vətəndaşı Marina Latarinskaya: “iki il Ermənistanda yaşadım və digər millətlərə qarşı heyvani münasibəti başqa heç bir ölkədə görmədim”

SİA xəbər verir ki, Facebook sosial şəbəkəsində irqçilik və etniklərə qarşı dözümsüzlük mövzusunda rus millətindən olan iki xanımın yazışmaları diqqət çəkib. Belə ki, Marina Latarinskaya adlı sosial şəbəkə istifadəçisi yazır. SİTAT: “Mən iki il Ermənistanda yaşadım və digər millətlərə qarşı heyvani münasibəti başqa heç bir ölkədə görmədim. Ermənistan ermənilər üçündür, dünya ermənilər üçündür, kainat da ermənilər üçündür. Rusları və belarusları onlar ümumiyyətlə heç nəyə saymırlar. Adekvat insanlar var, ancaq onlar da tək-təkdir”.

26 ildir Bakıda yaşayan Rusiya vətəndaşı Nadya Tretyakova: “Mən burada özümü heç vaxt və hansısa səbəbə görə küskün ya da təhqir olunmuş hiss etməmişəm”

Marina Latarinskayanın şərhinə cavab yazan Bakı rusu Nadya Tretyakova isə yazır. SİTAT: “Mən Rusiya vətəndaşıyam və 26 ildir Bakıda yaşayıram. Mən burada özümü heç vaxt və hansısa səbəbə görə küskün ya da təhqir olunmuş hiss etməmişəm. Bundan artıq hörmətli münasibəti mən heç yerdə görməmişəm!”.

Təkcə bu iki faktı müqayisə edərkən bizlər və ümumiyyətlə sağlam düşüncəli insanlar Ermənistanla Azərbaycandakı fərqin nə qədər böyük olduğunu görürlər. Hər halda, fakt da ortadadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə