"Azərbaycan-Qazaxıstan münasibətləri həmişə yüksək səviyyədə olub" - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan-Qazaxıstan münasibətləri dövlətlərimiz müstəqillik əldə etdikdən sonrakı dövrdə həmişə yüksək səviyyədə olub". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, bu iki dövlət həmişə bir-birinə dəstək olub və bir-birinə hər baxımdan yardım göstərməyə çalışıb: "Azərbaycanın iştirak etmədiyi beynəlxalq tədbirlərdə, qurumlarda Qazaxıstan daim Azərbaycanın maraqlarını müdafiə edib. Ancaq son dövrlərdə bu münasibətlər xüsusilə daha da inkişaf edib.
Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin avqust ayında Azərbaycana səfərindən sonra bu münasibətlər ən yüksək mərhələyə qalxdı. Tokayevin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Qazaxıstan arasında müttəfiqlik bəyannamısi imzalandı. Hər iki dövlət bir-birinin maraqlarını müdafiə etmək üçün bundan sonra da fəaliyyət göstərmək öhdəliyi götürdülər. Şübhə yoxdur ki, həm Türk Dövlətləri Təşkilatında, həm digər qurumlarda, həm də ikitərəfli münasibətlərdə zəruri addımlar atılacaq. Azərbaycan-Qazaxıstan dostluğunu hər iki dövlət ən yüksək səviyyəyə qaldırmaq üçün əlindən gələni edəcək”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB