Azərbaycan-Qırğızıstan arasında qardaşlıq münasibətləri yeni dinamika alacaq - Prezident İlham Əliyev

Azərbaycan-Qırğızıstan arasında qardaşlıq münasibətləri yeni dinamika alacaq - Prezident İlham Əliyev

Dünən biz Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak etdik. Bu park gözəl müasir istirahət mərkəzi olmaqla yanaşı, bizim xalqlarımızın qardaşlığını da təmsil edir.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib.

Dövlətimizin başçısı deyib: “Bu gün bizim yaşadığımız bu əlamətdar hadisələr xalqlarımızın yaddaşında uzun illər boyu dərin iz buraxacaq. Əminəm ki, bizim ölkələrimiz arasında qardaşlıq münasibətləri mənim dövlət səfərimin nəticələrinə görə yeni dinamika, yeni stimul alacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə