"Ermənistan birmənalı olaraq münaqişənin həllində doğru mövqe sərgiləmir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Ermənistan birmənalı olaraq münaqişənin həllində doğru mövqe sərgiləmir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Ermənistanın müharibədən sonra birmənalı olaraq qarşısına qoyduğu məqsəd sülh müqaviləsini gecikdirməkdir". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları, bu bölgəyə marağı olan dövlətlərin diqqətini yenidən bu məsələyə cəlb edərək münaqişənin bitmədiyi fikrini formalaşdırmaq istəyir: "Əsas məqsəd budur. Bir daha bəllidir ki, Ermənistanın danışıqlardakı mövqeyi, çıxışlarında sərgilədiyi davranışları qeyri-səmimidir, riyakardır, siyasi əxlaqsızlıqdır. Hazırda dövlət sərhəddində Ermənistan ordusunun mövqeyi Azərbaycan ordusunun mövqeyindən üstün olmasa da onlar yenə də təxribat törədirlər. Artıq problemin köklü həllinin təmin olunması zərurəti yaranır və bu problemin həllində əsas istiqamət Ermənistana qarşı konkret saksiyaların tətbiq olunmasıdır. Çox təəssüf ki, beynəlxalq təşkilatlar, xarici ölkələr Ermənistana ərköyn uşaq kimi davranırlar, ona qarşı tədbirlərin görünməsindən çəkinirlər. Ermənistan birmənalı olaraq münaqişənin həllində doğru mövqe sərgiləmir. Ermənistanın məqsədlərdən biri Qərbin mövqeyinə uyğun olaraq münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları bərpa etməkdir. Azərbaycan üçün isə münaqişənin həlli ilə bağlı əsas baza 10 noyabr 2020-ci il bəyanatıdır. Yəni Ermənistan öz üzərinə götürdüyü öhdəliyi icra etmək məcburiyyətindədir. Əks təqdirdə münaqişənin başqa bir formatda həlli mümkün olmayacaq. Belə olduqda isə bu münaqişənin bitməsi bir qədər uzana bilər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə