“Ermənistan artıq Qarabağın təhlükəsizliyini təmin edə bilməz" - Vahe Hovhannisyan

“Ermənistan artıq Qarabağın təhlükəsizliyini təmin edə bilməz" - Vahe Hovhannisyan

“Hakimiyyət açıq şəkildə bəyan edir ki, Ermənistan artıq Qarabağın təhlükəsizliyini təmin edə bilməz". SİA erməni mediasına istinadən xəbər verir ki, bunu "Alternativ Layihələr" qrupunun eksperti Vahe Hovhannisyan öz Telegram kanalında yazıb.

"Bəs kim edə bilər? Bu gün yalnız və yalnız Rusiya sülhməramlıları. Bu gün yalnız onlar 150-200 min erməninin dinc həyatını təmin edir. Onlar olmasa, yeni soyqırımımız, yeni vətən itkimiz olacaq. Hakimiyyət bunu yaxşı bilir.

Hakimiyyət niyə açıq demarşlar da daxil olmaqla anti-Rusiya kampaniyasına başladı? Bu işdə yüksək vəzifəli məmurlar, hökumətyönlü media (ictimai kanal da daxil olmaqla), “etibarlı mənbədən” sızıntılar, hakimiyyətin nəzarətində olan ictimai xadimlər iştirak edir. Bizim hökumət niyə erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsinin formalaşmasına təkan verir?

Axı Ermənistan hakimiyyəti bu yolla Qarabağ ermənilərini fiziki məhv olmaq təhlükəsi qarşısında qoyur. Bu dövlət dəliliyidir, yoxsa soyuqqanlı macəra?", deyə ekspert bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə