"Cənubi Qafqazda əsas söz sahiblərindən biri elə məhz Azərbaycandır" - POLİTOLOQ DANIŞDI

"Cənubi Qafqazda əsas söz sahiblərindən biri elə məhz Azərbaycandır" - POLİTOLOQ DANIŞDI

"İkinci Qarabağ müharibəsindən sonra təkcə Azərbaycanda deyil, ümumilikdə regionda və dünyada proseslər dəyişməyə başladı. Əlbəttə ki, bu savaşa qədər bölgədə bir neçə faktor var idi. Əslində daha çox monotonluq var idi". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ savaşından sonra artıq Azərbaycan bölgədə böyük nüfuz qazanmış dövlətlərdən birinə çevrildi və demək olar ki, Cənubi Qafqazda əsas söz sahiblərindən biri də elə məhz Azərbaycandır: "Bu önəmli faktordur. Düzdür, biz hələ Ermənistanla sülh müqaviləsi imzalamamışıq və hələ sərhədlərimiz də müəyyən deyil. Ona görə istənilən proses baş verə bilir. Amma məsələ burasındadır ki, bu gün Azərbaycan Ordusu inkişaf baxımından elə bir səviyyəyə çatıb ki, digər dövlətlər də bizlə hesablaşmalı olurlar. Burada həm diplomatik, həm siyasi, həm də iqtisadi uğur var. Ona görə hesab edirəm ki, bu günləri Azərbaycanın Ermənistan və ona dost olan ölkələrə qarşı rəqabət apara bilmə qabiliyyətini formalaşdırması ondan xəbər verir ki, ölkəmizin dünyada dost və müttəfiqlərinin sayı artmaqdadır".

Samir Hümbətov sözlərinə belə davam edib: "Burada Türkiyə, İsrail və Pakistan faktoru önəmlidir. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, Azərbaycanda bir qətiyyət formalaşıb. Bu da uzun dövlətçilik təcrübəsinə malik olan şəxs kimi cənab İlham Əliyevin strateji baxımdan hesablanmış addım atması önəmli faktor kimi qəbul edilir. Azərbaycanın əldə etdiyi uğurların kökündə beynəlxalq münasibətlərə təsir edən amillərin diqqətlə izlənilməsi və adekvat addımlar atılması durur. Bundan sonra da regionda dəyişim gedəcək. Azərbaycan gələcəkdə daha uğurlu və qətiyyətli siyasətini davam etdirəcək. Buna da təbii ki, zaman lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə